İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ilk homoseksual imamı küçənin ortasında güllələndi - ANBAAN GÖRÜNTÜLƏR

Cənubi Afrika Respublikasında (CAR) homoseksual olduğunu açıq elan edən ilk məscid imamı Muhsin Hendriks güllələnib.

Musavat.com Oxu.az -a istinadla xəbər verir ki, hadisə barədə yerli SABC telekanalı polisə istinadən məlumat yayıb. İmam Hendriks küçədə güllələnərək öldürülüb.

Cinayət motivi hələlik bəlli deyil.

Polis hadisənin təhqiqatının davam etdiyini və cinayətin motivinin hələ müəyyənləşdirilmədiyini bildirib.

Muhsin Hendriks homoseksuallığını açıq şəkildə elan edən ilk müsəlman dini liderlərdən biri idi. Onun bu mövqeyi illərdir mübahisələrə səbəb olmuşdu və bəzi radikal dairələr tərəfindən sərt tənqid edilirdi.

Hadisənin təfərrüatları və polis araşdırmasının nəticələri yaxın günlərdə açıqlanacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR