Onlayn ictimai-siyasi qəzet
Dünyanın ilk mRNT ağciyər xərçəngi peyvəndinin xəstələr üzərində sınaqdan keçirilməsinə başlanılıb.
Mütəxəssislər bu peyvəndin minlərlə insanın həyatını xilas edəcəyini bildirirlər.
Ağciyər xərçəngi dünyada xərçəng ölümünün ən çox yayılmış səbəbi kimi tanınır və hər il təxminən 1,8 milyon insan bu xəstəlikdən dünyasını dəyişir. Xüsusilə şişlərin yayıldığı qabaqcıl mərhələlərdə sağ qalma nisbətləri olduqca aşağıdır.
İndi mütəxəssislər bədənə xərçəng hüceyrələrini tapıb öldürməyi və onların geri qayıtmasının qarşısını alan yeni peyvəndi sınaqdan keçirirlər.
BNT116 adı ilə tanınan və BioNTech tərəfindən istehsal olunan bu peyvənd ağciyər xərçənginin ən çox yayılmış növü olan kiçik hüceyrəli olmayan ağciyər xərçəngini (KHDAK) müalicə etmək üçün nəzərdə tutulub.
Böyük Britaniya, ABŞ, Almaniya, Macarıstan, Polşa, İspaniya və Türkiyə daxil olmaqla yeddi ölkədə 34 tədqiqat mərkəzində həyata keçirilir.
Təxminən 130 xəstə bu sınaqda iştirak edəcək.
Bu üsul, kimyaterapiyadan fərqli olaraq daha təhlükəsiz müalicə prosesi təklif edən sağlam hüceyrələrə zərər vermədən insanın immun reaksiyasını gücləndirməyi hədəfləyir.//Medicina.az
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ