İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dünyanın ən təhlükəsiz yeri Kirantsdakı beton hasardır”

“İngilis alimləri dünyanın ən təhlükəsiz yerinin Kirantsdakı hasarın olduğunu bilmirlər və xüsusilə bu əraziyə getməməyi tövsiyə edirlər”.

Musavat.com xəbər verir ki, bu istehzalı sözlər Ermənistanın revanşist siyasətçisi, müxalifətdə olan “Ermənistan” blokunun deputatı Artur Xaçatryanın feysbuk səhifəsində yer alıb.

O qeyd edib:

“Britaniya hökuməti Azərbaycan və Ermənistanın şərq sərhədindən 5 km məsafədə hər hansı səyahətdən çəkinməyə; Noyemberyan-İcevan dövlətlərarası magistral M16/H26 ilə hərəkət etməməyi tövsiyə edib.

Nə ingilis alimləri, nə də Britaniya kəşfiyyatçıları Ermənistana sülh dövrünün gəldiyini, dünyanın ən təhlükəsiz yerinin Kirantsdakı beton hasar olduğunu bilirlər və xüsusilə bu əraziyə getməməyi, bu yolla getməməyi tövsiyə edirlər”.

Yerli medianın yazdığına görə, Böyük Britaniya hökuməti Azərbaycanla münasibətlərdə davam edən gərginlik səbəbindən öz vətəndaşlarını Ermənistanın sərhədyanı bölgələrinə səfərlərdən çəkinməyə çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR