İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyadakı erməni kilsələri bəyanat yaydı: Ermənistan batır...

Eçmiədzində katolikosu II Qaraginin sədrliyi ilə Ali Ruhani Şuranın iclasında nələr müzakirə olunub?

Bir neçə gündür ki, Eçmiədzində bütün ermənilərin katolikosu II Qaraginin sədrliyi ilə Ali Ruhani Şuranın iclası keçirilir. Dünyanın dörd bir tərəfindən gəlmiş erməni kilsələrinin ruhaniləri bir sıra məsələləri müzakirə edibiblər.

Musavat.com erməni KİV-inə istinadən xəbər verir ki, müzakirə mövzuları sırasında Bakıda ermənəsilli separatçıların mühakiməsi də olub. Erməni kilsələrinin nümayəndələri düşmənçilik xislətlərinə uyğun olaraq yenə də Azərbaycanın ünvanına şər-böhtan səsləndiriblər, “artsax rəhbərliyinin” mühakiməsini “qanunsuz hesab ediblər”.

“Ali Ruhani Şura bəyan edir ki, Azərbaycanda qanunsuz olaraq saxlanılan erməni əsir və girovlara erməni xalqına və Ermənistana düşmənçilik və təcavüzünün növbəti təzahürüdür. Beynəlxalq ictimaiyyətin çağırış və tələblərinə məhəl qoymayan Azərbaycan özlərinin törətdiyi soyqırımı(!?-red) və hərbi cinayətlərlə bağlı təkzibolunmaz faktları gizlətməklə yanaşı, onlara haqq qazandırmağa, qurbanları cinayətkar kimi təqdim etməyə çalışır” deyə, erməni kilsələrinin həyasızlıq dolu bəyanatında deyilir.

Bəyanatda Paşinyan hökumətinə erməni canilərin müdafiəsi üçün “beynəlxalq dairələrin bütün imkan və potensialından istifadə etmək üçün” çağırış edilir.

Kilsə rəhbərləri özlərini “o həddə buraxıblar ki” çoxdan mövcud olmayan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərlərinə belə müraciət ediblər, “erməni məhbusların dərhal vətənə qaytarılması üçün Azərbaycana qarşı daha təsirli tədbirlər görməyə çağırıblar”.
Eçmiadzindəki toplantıda “Tatoyan” Hüquq və Ədalət Fondunun direktoru Arman Tatoyanın erməni separatçəların mühakiməsi ikə bağlı “hesabatını” da dinləyib.

91914_large.jpg (44 KB)

Ali Ruhani Şura Ermənistanın gününə ağlamağa da zaman tapıblar. “Erməni xalqının qarşısında duran vəzifələr barədə narahatlıq hissi keçirərək, mövcud problemlərin aradan qaldırılmasında, milli birlik və həmrəyliyin, Ermənistan-diaspor əməkdaşlığının möhkəmləndirilməsində, ümumerməni potensialının səmərəli reallaşdırılmasında erməni kilsəsinin mühüm missiyasını xüsusi vurğulayıblar” deyə, Eçmiədzindən yayılan məlumatda deyilir.

Ermənistanın ağır demoqrafik problemlərinə dair də kilsə nümayəndələrinə ayrıca məruzə də təqdim olunub. Məruzəçi Ermənistanın hazırkı aöır demoqrafik mənzərəsini təqdim edib.

Ali Ruhani Şuranın üzvləri demoqrafik göstəricilərdən narahat olduqlarını bildirməklə yanaşı, bu istiqamətdə kifayət qədər təşəbbüslərin həyata keçirilmədiyini də qeyd ediblər. Erməni ailələrinin möhkəmləndirilməsi və uşaq dünyaya gətirilməsinin təşviqi üçün səylərin artırılması baxımından da kilsənin üzərinə mühüm rol düşdüyü vurğulanıb.

Qüds və Suriyada erməni kilsəsinin üzləşdiyi problemlər, o cümlədən erməni icmasının üzləşdiyi təhlükələr və iqtisadi sahədə mövcud problemlər haqqında geniş məlumat verib.

Göründüyü kimi, erməni kilsəsi yenə də düşmənçilik və revanşist əhval-ruhiyyədədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Mart 2025

16 Mart 2025

BÜTÜN XƏBƏRLƏR