İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada bizim qədər erməniyanlı ölkə yoxdur - Karasin

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin qeyd edib ki, Qərb yerli elitanı Moskvaya qarşı qoyaraq Ermənistanı Rusiyadan qoparmağa çalışır.

Musavat.com bu barədə erməni mediasına istinadla xəbər verir.

Eyni zamanda Karasin diqqəti ona yönəldib ki, əslində Rusiyadan başqa dünyada erməni maraqlarını nəzərə almağa hazır olan dövlətlər yoxdur.

“İrəvan Rusiyadan daha ermənipərəst birini tapa bilməz. Bunun bir çox səbəbləri var - tarix və qan bağlarından tutmuş, regional təhlükəsizlik prioritetlərinə qədər. Ciddi düşünməyin vaxtıdır”, - deyə Qriqori Karasin etiraf edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR