Onlayn ictimai-siyasi qəzet
Baku TV-nin “Autograph” verilişinin ilk buraxılışı efirə gedib.
Məşhur avtobloqer Natiq Zərbəli və Ayna Zərbəliyevanın aparıcılığı ilə yayımlanan verilişdə avtomobillərlə bağlı ən son yeniliklərdən bəhs olunub.
Proqramda Cenevrə Beynəlxalq Avtomobil Sərgisində nümayiş edilən avtomobillər haqqında maraqlı faktlardan danışılıb.
Həmçinin qeyd edilib ki, bu avtoşouda ənənəvi olaraq Avropada ilin ən yaxşı avtomobili seçilir. Budəfəki müsabiqədə isə 2024-cü ilin avtomobili “Renault Scenic E-Tech” olub.
“80edays” layihəsi ilə avtomobil dünyasına səs-küy salan ispaniyalı Rafael de Mestre de verilişdə qonaq olub.
80 gün ərzində elektromobillə dünyanı gəzmək istəyən Rafael de Mestre layihəsinin məqsədindən, eləcə də elektrik avtomobillərinin gələcəyindən danışıb.
Daha ətraflı videoda:
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ