Onlayn ictimai-siyasi qəzet
Bu günlərdə gündəmdə olan idmançılarından biri də bodibildinq üzrə Bikini Olympia çempionu Laurali Çapadosdur.
28 yaşlı kanadalı bodibilder bu il öz idman növü üzrə ilk Olimpiya titulunu qazanıb.
Laurali Las-Veqasdakı "Resorts World"də 50 həmkarını qabaqlayıb. Çapados üçün bu, peşəkar bodibilder karyerasında 50-ci qələbə olub. Las-Veqasda qadın idmançı 40 min dollar qazanıb.
O, bodibildinqə başlamazdan əvvəl incə bədən quruluşunu göstərərək bədəninin dəyişdirilməsi prosesini paylaşıb. Yorucu məşq rejimi, zülal və karbohidratlarla zəngin pəhriz möcüzələr yaradıb. Laurali tez bir zamanda əzələ kütləsi yığmağa başlayıb.
Məşqlərdən birində Çapadosa bikini kateqoriyasında yarışmaq təklif edilib. O, məşqini gündə iki dəfəyə qaldıraraq cəhd etmək qərarına gəlib.
Laurali ilk dəfə 2017-ci ildə "Miami Muscle Pro" yarışmasında 5-ci yeri tutaraq peşəkar mərhələyə qədəm qoyub.
28 yaşlı idmançı həftənin 6 günü məşq edir. Bezməmək üçün o, daim məşq proqramını dəyişir. Ən əsası, yalnız aşağı karbohidratlı sağlam qidalar qəbul edir. (Publika.az)
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ