İnsanlara hürriyət, millətlərə istiqlal!

Dubaydakı "Al-Maktum" aeroportunu dünyanın ən böyük hava limanına çevirmək istəyirlər

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimiyyət orqanları Dubaydakı Al-Maktum aeroportunu genişləndirməyi və onu dünyada ən böyük hava limanına çevirməyi planlaşdırırlar.

AZƏRTAC xarici kütləvi informasiya vasitələrinə istinadla xəbər verir ki, aeroportun yenidən qurulması layihəsi BƏƏ hökumətinin saytında dərc edilib.

Hava limanının genişləndirilməsi işlərini 2027-ci ilə qədər tamamlamaq nəzərdə tutulur. Bundan sonra liman ildə 260 milyona qədər sərnişinə xidmət edə biləcək. Sahəsi təqribən 65 kvadrat kilometr olan ərazidə beş uçma-enmə zolağı yerləşdiriləcək.

Xatırladaq ki, bu yaxınlarda Səudiyyə Ərəbistanı da paytaxt aeroportunun genişləndiriləcəyini elan edib. Həmin plana görə, Ər-Riyad hava limanı 2030-cu ildən etibarən hər il 120 milyona yaxın sərnişin qəbul edə biləcək və beləliklə, dünyada ən iri aeroportlardan birinə çevriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR