İnsanlara hürriyət, millətlərə istiqlal!

Dubayda son 75 ilin ən güclü yağışı

Omanda ölənlər arasında sel altında qalan avtobusda 10 məktəbli və bir yaşlı var. Orada səlahiyyətlilər güclü küləklə müşayiət olunan tufan və dolunun ən azı aprelin 18-dək davam edəcəyini proqnozlaşdırırlar.

BƏƏ-də də yağışın davam edəcəyi gözlənilir. Son iki gündə ölkəyə adətən bir ildə yağdığından daha çox yağıntı düşüb. Dünyanın ən yüklənmiş hava limanının yerləşdiyi Dubayda 142 millimetr yağış qeydə alınıb. (İllik norma 95 millimetrdir)

Dubaya uçan təyyarələr başqa şəhərlərə yönləndirilib. Rusiyada 2 min 500-ə yaxın turist hava ilə əlaqədar BƏƏ-yə uça bilmir. Dubay hava limanına gedən yollar, uçuş-enmə zolaqları da su altında qalıb.

 

BƏƏ Milli Meteorologiya Mərkəzi bildirib ki, hazırkı yağışlar 1949-cu ildən (bu ərazidə hava monitorinqinin başlandığı vaxtdan) bəri ən güclü leysandır. Əsas magistralların hissələrini su basıb, məktəblər distant, dövlət qurumları isə uzaqdan iş rejiminə keçirilib. BƏƏ sakinlərinə evdə qalmaq və yalnız zəruri hallarda çölə çıxmaq tövsiyə edilib.

 

(Azadlıq Radiosu)

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR