İnsanlara hürriyət, millətlərə istiqlal!

Duarte Paçeko: “Beynəlxalq müstəvidə Azərbaycana çox hörmətlə yanaşılmasının bir çox səbəbi var”

Milli Məclisdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasda iştirak edən mötəbər qonaqlar sırasında Parlamentlərarası İttifaqın (İPU) prezidenti Duarte Paçeko da var.

İclasda çıxış edən cənab Paçeko ölkəmiz haqqındsa xoş sözlərini söylədi: “Beynəlxalq müstəvidə Azərbaycana çox hörmətlə yanaşılır”.

O, əlavə etdi ki, beynəlxalq müstəvidə Azərbaycana çox hörmətlə yanaşılmasının bir çox səbəbi var: “Bunlardan biri Heydər Əliyevlə bağlıdır. Uzun illərdir ki, Azərbaycan dünyada problemlərin həllində, sülhün bərqərar edilməsində aktiv rol oynayır. Heydər Əliyevə gördüyü işlərə görə təşəkkür edilməlidir. Biz bu gün Heydər Əliyevin davamçıları olaraq, sizlərə təşəkkür edirik”.

D.Paçeko qeyd etdi ki, xüsusi şəxsiyyətlər haqqında yaddaş əbədidir: “Azərbaycan haqqında danışanda xüsusi şəxsiyyət kimi Heydər Əliyevi qürurla qeyd edə bilərik. Azərbaycan xalqı daim Heydər Əliyevə minnətdar olmalıdır. Sizin iqtisadiyyatınızın güclü olması onun uzaqgörənliyinin nəticəsidir. Onun sayəsində Azərbaycan çox gözəl tanınır və beynəlxalq aləmdə hörmətə, nüfuza malikdir.

Azərbaycan multikulturalizm dəyərlərinə, sülh və əmin-amanlığa nail oldu. Heydər Əliyev bu işləri müstəqillikdən əvvəl və müstəqillikdən sonra da gördü”.

Natiq xüsusi iclasa dəvət edildiyinə görə, spiker Sahibə Qafarovaya təşəkkür etdi: “Təşəkkür edirəm ki, məni bura dəvət etdiniz, mənə imkan yaratdınız ki, tarixi şəxsiyyət haqqında danışım”.

 E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR