İnsanlara hürriyət, millətlərə istiqlal!

DSX jurnalistləri mükafatlandırdı - "Yeni Müsavat"ın redaktoru da Fəxri Fərmanla təltif edildi

Dövlət Sərhəd Xidmətində Millli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirilib.

Musavat.com-un xəbərinə görə, tədbirdə DSX rəisinin müavini, general-leytenant Abbas Xəlilov və digər məsul şəxslər iştirak edib.

A.Xəlilov DSX-nın fəaliyyətinin ictimaiyyətə çatdırılmasında jurnalistlərin rolundan danışıb, bu əməkdaşlığın mühüm faydalarını qeyd edib.

O, DSX rəisi Elçin Quliyev tərəfindən qurumla əməkdaşlıq edən jurnalistlərin Milli Mətbuat Günü münasibətilə mükafatlandırıldığını bildirib.

Sonra Milli Mətbuat Günü münasibətilə bir qrup jurnalistə sərhəd mühafizə orqanlarının xidməti-döyüş fəaliyyəti haqqında ictimaiyyətin məlumatlandırılması işinə verdiyi töhfələrə görə Fəxri fərmanlar təqdim olunub.

Fəxri Fərmanla təltif edilənlər sırasında "Yeni Müsavat" Media Qrupun redaktoru Elşad Məmmədli də var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR