İnsanlara hürriyət, millətlərə istiqlal!

“Döyüş Qardaşlığı”nın üzvləri saxlandı

Bu gün səhər tezdən “Döyüş Qardaşlığı”nın üzvü Avetis Avetisyan saxlanılıb.

Musavar.com erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistandakı adı çəkilən təşkilat məlumat yayıb.

“Bizim anladığımız qədər Ermənistan Respublikasının hazırkı hakimiyyəti bu həbslə məhdudlaşmayacaq. “Döyüş Qardaşlığı”na qarşı repressiya və siyasi təqiblər davam edəcək.

Ermənistan Respublikasının suverenliyi və erməni xalqının özünümüdafiəsi uğrunda mübarizədə çətinliklər qaçılmazdır. Biz bunu başa düşürük və bilirik. Eyni zamanda, biz də anlayırıq ki, mübarizənin alternativi yoxdur və buna uyğun olaraq biz istənilən inkişafa hazırıq. Siz öz işinizi edəcəksiniz, biz də öz işimizi edəcəyik. İşimizin uğuruna heç bir şübhəmiz yoxdur”, - deyə məlumatda bildirilir.

Sonradan məlum olub ki, yeni həbslər aparılır və həbsin səbəbi qanunsuz silah və sursat saxlamaqda şübhəli bilinir.

“Ermənistan Respublikasının hazırkı hakimiyyəti deyə bilməz ki, onlar öz vətəndaşlarını Vətənin bir guşəsinə getdiklərinə görə saxlayırlar. Buna görə də qaçmağa məcburdurlar. Onlar cinayətkar niyyətlərini həyata keçirmək üçün həll yolları axtarmağa məcburdurlar və bu yolda anladığımız kimi, hər cür alçaqlığa əl atacaqlar”, - deyə məlumatda bildirilir.

Yayılan məlumatlara görə, “Döyüş Qardaşlığı”nın bir neçə silahlısı saxlanılıb. Onlar “döyüşmək” istəyi ilə Qazax rayonunun işğal altındakı kəndlərinə gələrkən saxlanılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR