İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Komitəsi: "Dini vəzifələrə təyinatda milli kadrlara üstünlük verilir"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi xaricdə dini təhsil almış din xadimlərinin Azərbaycanda müxtəlif dini vəzifələrdə çalışması məsələsinə münasibət bildirib.

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlama verən komitə sədrinin müavini Səyavuş Heydərov bildirib ki, qanuna əsasən milli kadrlara üstünlük verilir.

“Eyni zamanda qanunda xaricdə dini təhsil almış şəxslərin din xadimi kimi fəaliyyət göstərməsinə müəyyən məhdudiyyət var. Ancaq istisna hallarda xüsusi yoxlamadan keçdikdən sonra müsbət rəy olduğu halda onları din xadimi kimi təyin edirik. Bundan sonra da biz sağlam düşüncəli, yəni, təsirlərə məruz qalmayanlardan istifadə etməyi planlaşdırırıq”, - deyə Səyavuş Heydərov əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR