İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Komitəsi 3 saylı uşaq evi ilə bağlı açıqlama yaydı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakı şəhəri, Xətai rayonu, 3 saylı uşaq evinin yeniyetmə sakini barədə sosial şəbəkələrdə yayılan məlumatla bağlı açıqlama yayıb.

Musavat.com-un xəbərinə görə, qurumdan qeyd edilir ki, Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının rəhbərliyi, eləcə də M.Hacıyevin həkimi ilə mövcud vəziyyət və diaqnoz barədə müvafiq danışıqlar aparılıb.

Bununla yanaşı, M.Hacıyevin qardaşı Əli Hacıyev Komitəyə dəvət olunaraq məsələ ilə bağlı, eləcə də, Ə.Hacıyevin də vaxtilə həmin müəssisənin məzunu olduğu nəzərə alınaraq müsəssisənin fəaliyyəti barədə söhbətlər aparılıb. Məlumat üçün bildiririk ki, 3 saylı uşaq evinin yeniyetmə sakini öz qardaşının razılığı ilə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib və hazırda müalicə alır. Klinikaya yatırılması haqqında qərar hər iki qohumlarının onun psixi vəziyyəti ilə bağlı fikirləri, tibb kitabcasındakı müalicə tarixcəsi,  həmçinin müvafiq sahənin mütəxəssisi tərəfindən (kənardan dəvət olunmuş) yeniyetmənin özünün yoxlanılmasından sonra , qısa müddətli müalicə alması üçün verilib.

Müalicədən sonra yeniyetmənin qardaşı onu öz  himayəsinə  götürməsi ilə bağlı  müraciət edəcəyini bildirib.

Vaxtilə uşağı  himayəyə götürən ailə və 3 saylı uşaq evi ilə əlaqə saxlanılaraq  mövzu barədə söhbət aparılıb.

Qeyd edək ki, mövzunun həssaslığı nəzərə alınmaqla konfidensiallığın qorunması məqsədilə ictimaiyyətin  məlumatlandırılmasında müəyyən məhdudiyyətlərin tətbiq edilməsi zəruridir.

Qeyd edək ki, sosial şəbəkələrdə geniş əks-səda doğuran bu görüntülərdəki yeniyetmə, uşaq evinin 16 yaşlı sakinidir. O, sakini olduğu Xətai rayonu, 3 saylı Uşaq evinə gətirilən ərzaqların uşaqlara verilmədiyini, mənimsənildiyini iddia edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR