İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Departamentinin rəsmisi: “İran Ukraynadakı müharibə dövründə kamikadze dronlarını Rusiyaya verib”

“İran Ukraynadakı müharibə dövründə kamikadze dronlarını Rusiyaya təhvil verib”.

“Report” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmisi, ölkənin İran üzrə xüsusi nümayəndəsi Robert Melli deyib.

“Onlar (İran - red.) təkcə bu yay Rusiyaya onlarla dron göndəriblər. Ukraynanın işğal olunmuş ərazilərində Rusiyaya dronlardan Ukrayna vətəndaşlarına qarşı istifadə etməkdə kömək edən İranın hərbi mütəxəssisləri var” - deyə, o bildirib.

Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsinin Rusiyanı dronlarla təchiz etdiyini etiraf edib, ancaq israr edib ki, transfer Moskvanın Ukraynaya qarşı müharibəsindən öncə baş tutub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR