İnsanlara hürriyət, millətlərə istiqlal!

Dostu sevdiyi qızla görüşəcəkdi - başlarına iş gəldi

Dostunun sevdiyi qızla görüşməsi üçün getdikləri kənddə saxlanılan şəxsin üzərindən narkotik vasitə aşkar edilib. Kənd sakinləri onlardan şübhələnib. Buna səbəb isə həmin vaxt kənddə oğurluq hadisəsinin baş verməsi olub.

Musavat.com xəbər verir ki, Asif Orucov dostu ilə birlikdə Samux rayonunun Qiyaslı kəndində saxlanılıb.

Asif dostu ilə birlikdə həmin kəndə gedib. Dostu kənddə sevdiyi qızla görüşəcəkmiş. Həmin ərəfədə kənddə oğurluq hadisəsi olduğundan kənd sakinləri onlardan şübhələnib, nə üçün gəldiklərini soruşublar. Onlar da oğurluq məqsədi ilə gəlmədiklərini deyiblər. Mübahisə zamanı hadisə yerinə polis əməkdaşları gəlib. Dostları polisə aparıblar. Baxış zamanı Asifin üzərindən narkotik vasitə aşkar edilib.

Asif ittihamla özünü təqsirli bilməyib. Deyib ki, üzərində narkotik vasitə olmayıb.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Asif daha əvvəl oğurluğa görə məhkumluq həyatı yaşayıb.

Məhkəmə Asif barəsində 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR