İnsanlara hürriyət, millətlərə istiqlal!

Dostları süni intellektlə Azəri canlandırdılar - VİDEO

Dostları mərhum aktyor Azər Baxşəliyevin süni intellekt vasitəsilə videosunu hazırlayıblar. 

Ona həsr edilən "Sınıq pəncərə" mahnısı ilə hazırlanan videoda Azərin ağ geyimdə görüntüləri əks olunub. 

Sözügedən videonu aktyor Ramil Babayev sosial şəbəkədə paylaşaraq bunları yazıb:

"Bəziləri bu dünyadan gedəndə sadəcə yox olmur… Onlar yaddaşımıza iz, ürəyimizə yara qoyub gedirlər. Azər, sənin yoxluğunla barışmaq mümkün deyil, amma varlığının buraxdığı işıqla yaşamağa çalışırıq. Səninlə gülüşlərimizi, səmimiyyətini, saf qəlbini heç vaxt unutmayacağıq. Ruhun şad, məkanın cənnət olsun, əziz dost…"

Qeyd edək ki, Azər bu ilin yanvarında böyrək çatışmazlığından dünyasını dəyişib.  (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Avqust 2025

31 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR