İnsanlara hürriyət, millətlərə istiqlal!

Donald Tramp NATO-nu DAĞIDIR? – Respublikaçı prezidentin HƏDƏFİ

Donald Tramp ABŞ-nin yeni prezidenti seçilməzdən öncə dəfələrlə NATO-nun fəaliyyətindən narazılığını bildirib. Qeyd edib ki, Şimali Atlantika Alyansının avropalı tərəfdaşları öz təhlükəsizlikləri üçün daha böyük maliyyə məsuliyyəti daşımalıdırlar.

D.Tramp hətta NATO-dakı Avropa ölkələrini hədələyərək vurğulayıb ki, əgər seçkidə qalib gələrsə ABŞ-ni NATO-nun tərkibindən çıxaracaq. Siyasətçinin sözlərinə görə, müttəfiqlərin maliyyə öhdəliklərini yerinə yetirməsi Vaşinqtonun alyansda davamlı iştirakının əsas şərti olacaq.

Donald Tramp NATO-nu DAĞIDIR? - <span style=color:red>Respublikaçı prezidentin HƏDƏFİ + FOTO

Maraqlıdır, NATO-ya üzv olan Avropa ölkələrinin buna münasibəti necə olacaq? ABŞ NATO-nu tərk edəcəkmi? Trampın bu açıqlamalarının əsas hədəfi və məqsədi nədir?

Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Ərəstun Oruclu bildirib ki, Donald Trampın istər birinci prezidentlik dönəmində, istərsə də indiki dönəmdə NATO ilə bağlı verdiyi bəyanatlar reallıqdır, şantaj, hansısa avropalı tərəfdaşlarını təhdid etmək xarakterli deyil.

Donald Tramp NATO-nu DAĞIDIR? - <span style=color:red>Respublikaçı prezidentin HƏDƏFİ + FOTO

Onun sözlərinə görə, D.Tramp çalışır ki, NATO üzvləri arasında bərabər bölgü aparılsın və NATO büdcəsinin formalaşmasında əsas yük ABŞ-nin üstünə düşməsin: “Amma məsələ burasındadır ki, ABŞ-nin NATO-ya ayırdığı pulların böyük əksəriyyəti elə Amerikanın NATO ölkələri ərazisindəki bazalarının saxlanmasına xərclənir. D.Tramp sadəcə məsələni belə məntiqlə qoyub ki, əgər biz sizin təhlükəsizliyinizi təmin ediriksə, siz bunun qarşılığında daha çox pul ödəməlisiniz. Keçən prezidentlik müddətində də müəyyən mənada buna nail oldu. ABŞ-nin NATO-dan çıxmaq ehtimalına gəlincə, mən bunun baş verə biləcəyini düşünmürəm. Yeri gəlmişkən, burada Tramp hətta istədiyini dilinə gətirsə də o, şantajla məşğuldur. Çünki ABŞ-nin NATO-dan çıxması üçün Şimali Atlantika Alyansının müqaviləsindən çıxması vacibdir. Bunun üçün Konqresin hər iki palatasının razılığı olmalıdır. Mən inanmıram ki, hətta Senatdakı və Nümayəndələr palatasındakı Respublikaçılar buna səs versin”.

Donald Tramp NATO-nu DAĞIDIR? - <span style=color:red>Respublikaçı prezidentin HƏDƏFİ + FOTO

Politoloq nəzəri baxımdan ABŞ-nin NATO-nu tərk etməsinin Avropa ölkələrinə mümkün təsirinə də toxunub: “İlkin mərhələdə Avropanın yeni təhlükəsizlik sisteminin qurulması zaman, vəsait və güc tələb edəcək. Amma onun elementləri artıq mövcuddur. Unutmayaq ki, Avropa inkişaf etmiş ölkələrin məkanıdır. Orada Avropa İttifaqı var. Avropa İttifaqının tərkibində Avropanın təhlükəsizlik qüvvələri kimi qurum mövcuddur. Bu, bir növ Avropa ordusu kimidir. Avropada iki nüvə dövləti var. Düzdür, Böyük Britaniya Avropa İttifaqına üzv deyil, amma o da nüvə dövlətidir. ABŞ NATO-nu tərk edəcəyi halda Alyans heç Böyük Britaniyanın da marağında olmaycaq. Avropa NATO-nu qoruyub saxlayacaq. Mən istisna etmirəm ki, ABŞ NATO-nu tərk edəcəyi halda bir neçə ölkə, o cümlədən Macarıstan, Slovakiya da ona qoşula bilər. Amma bu, NATO-nun ləğvi demək deyil”.

Donald Tramp NATO-nu DAĞIDIR? - <span style=color:red>Respublikaçı prezidentin HƏDƏFİ + FOTO

Ə.Oruclu deyib ki, bu baş verəcəyi halda avropalılar öz vəsaiti hesabına NATO-nu qoruyub saxlayacaq və ABŞ-nin Alyansı tərk etməsi sayəsində itirilən gücü kompensasiya etməli olacaqlar: “Əlbəttə, bu, yaxın illərdə əldə olunacaq nailiyyət deyil. Amma hər bir halıda bu, heç də Avropa təhlükəsizlik sisteminin çöküşü olmayacaq. Fikrimcə, Tramp bu bəyanatları ona görə verir ki, avropalılar NATO-ya daha çox üzv ölkələr kimi vəsait ödəsinlər. Trampın ən böyük istəyi budur. Yox, əgər o, doğrudan da NATO-nu dağıtmaq, ABŞ-nin Alyansdan çıxmasını istəyirsə, onda burada daha ciddi suallar meydana çıxır: Donald Tramp kimdir? O, niyə bunu edir? Trampın məqsədi nədir? Mən inanmıram ki, ABŞ dövləti buna imkan versin. Amerika heç bir halda buna getməz”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR