İnsanlara hürriyət, millətlərə istiqlal!

Doğulduğunuz gün bu mesajı verir - VACİB MƏQAMLAR

Astrologiyaya görə, doğulduğunuz gün xarakterinizə və şəxsiyyət xüsusiyyətlərinizə böyük təsir göstərir. Hər günün özünəməxsus enerjisi və təsiri var. Bu, insanların doğulduğu günün xüsusiyyətlərini daşımasına səbəb olur.

İnsanların doğulduğu günlərə görə xarakter xüsusiyyətlərini təqdim edirik:

Bazar ertəsi: AY GÜNÜ vakansiya

Emosional yüksəlişlər və enişlər ola bilər. Bazarertəsi dünyaya göz açan insanlar həssas və emosional şəxslərdir. Dəniz kənarı və çimərlik hər zaman onlara müsbət təsir edir. Bu gün doğulanlar mütləq dənizi görməlidir. Təbiətcə sahibkar və fədakar olurlar. Onların duyğuları məntiqdən əvvəl gəlir.

Çərşənbə axşamı: MARS GÜNÜ

Döyüşkən və mübarizəçi xüsusiyyətləri var. Onların fiziki enerjisi çox olur. Mütləq idmanla məşğul olmalıdırlar. Heç vaxt təslim olmurlar, həmişə ağıllarına gələnə nail olurlar. Cəsarətlidirlər. Fiziki iş üçün çox uyğun gücləri var. Təşəbbüskar, açıq fikirli xarakterə malikdirlər. Ənənəvi fikirləri sevmir və fərqli düşüncələrlə çıxış edirlər.

Çərşənbə: MERKURİ GÜNÜ

Onların ünsiyyət bacarıqları çox güclüdür. Satış və marketinqdə çox bacarıqlıdırlar. Onların inandırma qabiliyyəti çox yüksəkdir. Hər şeyi açıq danışmaq onların ilk seçimidir. Praktikdirlər. Tez öyrənirlər və müəllimlik qabiliyyətinə malikdirlər. Bu gündə doğulanlar musiqidən həzz alır. Zinyət əşyalarından istifadə etməyi xoşlayırlar. Xatirələrlə yaşamağa üstünlük verir və bundan həzz alırlar.

Cümə axşamı: YUPİTER GÜNÜ

Cümə bolluq gətirir. Bu gündə doğulanlar maddi mövzularda şanslı olur. Onlardan yaxşı dost və sirdaş olur. Paylaşmağı bacaran, heyvanları sevən, mərhəmətli insan olurlar. İnsanları anlamağı və özlərini onların yerinə qoyub düşünməyi bacarırlar. Bu səbəbdən insanlar onlardan məsləhət alırlar. 6-cı hissləri çox yüksəkdir. Ürəkləyinə daman nədirsə, o da reallaşır.

Cümə: VENERA GÜNÜ

Əgər şəxs qadındırsa, onun qadın enerjisi yüksək olacaq. Həmçinin, aurası da yüksəkdir. Bu gün doğulan şəxs incəsənətlə maraqlana bilər. Geyimi, dəbi və gözəlliyi anlayır və estetik zövqə malikdirlər. Kommersiya məsələlərində şanslıdırlar. Özgüvənləri yüksəkdir. Daxil olduqları istənilən mühitdə mütləq diqqəti öz üzərlərinə çəkirlər.

Şənbə: SATURN GÜNÜ

Şənbə günü dünyaya gələnlər çox səbirlidir. Məsuliyyət sahibi olmağı bacarırlar. Kənardan ciddi və uzaq görünürlər. Dərhal səmimi olmaq onlara görə deyil. Etibarlı insandırlar, ətrafdakılar onlara güvənir, məsləhət almaq üçün sağlam fikirləri var. Belə şəxslər hər kəsi inandıra və yol göstərə bilirlər. Nizam-intizamı sevir, bir insanı silsələr birdəfəlik əlaqəni kəsirlər.

Bazar: GÜNƏŞ GÜNÜ

Bu şəxslərdə liderlik keyfiyyətləri var. Mükəmməl bir menecer ola bilərlər. Xarakterlərində qoruyucu və sahiblənən xüsusiyyətlər var. Özlərinə uyğun qaydaları var. Yalanı sevməzlər və dürüstlüyə dəyər verirlər. Həmişə "b" planları var. Hər işdən asanlıqla çıxmağı bacarırlar./Yenisabah.az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR