İnsanlara hürriyət, millətlərə istiqlal!

Dodon: “Sandu Qərbi məmnun etmək üçün Moldovada xaos yaradır”

Moldova prezidenti Maya Sandu Qərbi məmnun etmək üçün ölkədə xaos yaratmağa hazırdır.

Musavat.com xarici mediaya istnadla xəbər verir ki, bu fikirləri Moldovanın keçmiş rəhbəri İqor Dodon sosial şəbəkələrdə Rusiya və Mərkəzi Asiyadan olan bir qrup alimin ölkəyə buraxılmaması xəbərini şərh edərkən bildirib.

“Düşünürəm ki, indiki hökumət Qərb idarəçilərinin xoşuna gəlmək üçün hər şeyi edir. Rusiya səfirliyinin onlarla əməkdaşı NATO-nun bir neçə ölkəsindən qovulub və Maya Sandu Moldovada da eyni şeyi edib. Qərbə xoş gəlmək istəyirlər, ona görə də burada xaos yaradırlar. Əgər Rusiya vətəndaşı Moldovaya daxil olmaq istəyirsə, o, ölkəyə buraxılmır və ya bir neçə saat gömrükdə saxlanılır”, - Dodon bildirib.

Bundan əvvəl məlum olmuşdu ki, Dnestryanı bölgədə rus dili üzrə konfransa gedən Rusiya və Mərkəzi Asiyadan olan bir qrup alim Moldova ərazisinə buraxılmayıb. Alimlər oradan Tiraspola getmək üçün Kişinyova gəliblər, lakin onlar ölkəyə buraxılmayıb, pasportları və baqajları götürülüb, sonra isə hava limanında kilidlənib.

Rusiya Xarici İşlər Nazirliyi Kişinyovun hərəkətlərini “düşmən addımı” adlandırıb. İdarənin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moldova hakimiyyəti MDB ölkələrinin humanitar sahədə sıx əməkdaşlığına xələl gətirməyə çalışır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR