İnsanlara hürriyət, millətlərə istiqlal!

Dmitri Nazarov Moskva İncəsənət Teatrından BU SƏBƏBDƏN QOVULDU

A.P.Çexov adına Moskva İncəsənət Teatrının bədii rəhbəri Konstantin Xabenski Rusiya Federasiyasının xalq artisti Dmitri Nazarovu və həyat yoldaşı Olqa Vasilyevanı teatrdan uzaqlaşdırıb.

Musavat.com xəbər verir ki, bu barədə “Moskovski Komsomolets” qəzetinin saytında məlumat verilib.

Qəzetin yazdığına görə, Nazarovun işdən çıxarılmasına səbəb onun Ukraynada aparılan işğalçı müharibə ilə bağlı tənqidi açıqlamaları olub.

Bundan əvvəl Nijni Tagildəki teatr Dmitri Nazarovun baş rolu oynamalı olduğu “Məhəbbətin kökü” tamaşasının premyerasını ləğv edib. Təşkilatçılar tamaşanın dayandırılmasına aktyorun təcavzkar müharibəyə və səfərbərliklə bağlı açıqlamalarının səbəb olduğunu gizlətməyiblər. Lakin onların sözlərinə görə şəhər sakinləri də Dmitri Nazarovun iştirakından “narazılıq edirmiş”.

Dmitri Nazarov - rus teatr və kino aktyoru, Rusiya Federasiyasının xalq artistidir (2000). Onun ən məşhur rolu “Mətbəx” teleserialında (2012-2016) və baş aşpaz Viktor Barinov obrazıdır. Ümumilikdə aktyor 40-dan çox film və televiziya şousunda rol alıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR