Onlayn ictimai-siyasi qəzet
“Etibarnamə yolu ilə calışın əmlak almayın. Bu həm cıxarışlı, həmcinin cıxarışsız mənzillərə şamil olunur”.
Bu sözləri Yensiabah.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. mütəxəssis etibarnamə yolu ilə mənzil almaq istəyən vətəndaşları diqqətli olmağa çağırıb:
"Əgər hər hansısa bir əmlakı etibarnamə yolu ilə almaq məcburiyyətində qalarsınızsa, mütləq şəkildə həmin etibarnamə Azərbaycan notaruslarında verilmiş olsun. Və etibarnamə ilə əmlak almaq məcburiyyətində qalarsınızsa maksimum həmin əmlakın sahibinin kimliyi ilə bağlı kicik bir araşdırma aparın”.
Elnur Fərzəliyev mənzil alarkən əmlak sahibinin özü ilə birbaşa əlaqə qurmağın vacib olduğunu qeyd edib. O, xarici ölkələrdən göndərilmiş etibarnamələrdən isə qaçmağı tövsiyə edib:
“Hımin şəxs barədə qonşulardan, bələdiyyədən, "JEK", sahə müvəkkili və sair aydiyyati qurumlardan maraqlana bilərsiniz. Əmlakın sahibinin özü ilə birbaşa təmasa kecməmiş, onun satışla bağlı fikrini öyrənməmiş etibarnamə ilə alqı satqı etməyin. Xarici ölkələrdən, xüsusəndə Rusiyadan satış ücün göndərilmiş etibarnamələrdən uzaq olun”.
Ekspert sənədləri qaydasında olmayan mənzilləri alan şəxslərin sonradan evsiz qala biləcəyini istisna etməyib. O, bu cür qərarlar qəbul edərkən mütəxəssislərlə məsləhətləşməyin vacib olduğunu bildirib.
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ