Onlayn ictimai-siyasi qəzet
Son zamanlar xərçəng dünyada ən çox yayılan xəstəliyə çevrilib. Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) bağlı Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) yaxın 20 ildə Avropada yeni xərçəng növlərinin sayının 22,5 faiz artacağını təxmin edir.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli alimlərin apardığı yeni araşdırma isə şok faktları ortaya çıxarıb.
Belə ki, yeni araşıdırma ilə bəzi peşə sahiblərinin daha tez xərçəngə tutulma riski olduğu müəyyən edilib. Bildirilib ki, bərbərlər, santexniklər, rəssamlar və fabrik işçiləri daha tez xərçəngə tutulurlar.
Onlarda tez zamanda mesane xərçəngi (Sidik kisəsinin toxumalarında bədxassəli (xərçəng) hüceyrələrin əmələ gəldiyi bir xəstəlikdir) baş qaldırır. Bu işlərdə çalışan insanlar bəzi boyalar vasitəsilə zərərli maddələrə məruz qalırlar.
Xəstəliyə ilkin məruz qalmadan sonra mesane xərçənginin inkişafı 30 ilə qədər çəkə bilər. Keçmiş fabrik işçilərində bu xərçəngə tutulma riski 16 faiz, keçmiş bərbərlərdə isə 30-35 faiz daha çoxdur.
Mesane xərçəngi hər il İngiltərədə 5500 insanın ölümünə səbəb olur.
Bir çox həkim xərçəng xəstəliyinin bu növündən xəbərsiz olduğu üçün ona “xərçənglərin Zoluşkası”adlandını veriblər.
Bu səbəbdən həkimlər bu peşələrdə işləyənlərdə sidik qəhvəyi və ya qırmızı rəngdə olduğu təqdirdə həkimə müraciət etmələrini bildirib.
Məsanə xərçənginin əlamətləri bunlardır:
Yorğunluq hissi;
Tez-tez sidiyə getmə;
Ani arıqlama;
Şiddətli baş ağrıları;
Xroniki sidik yollarının infeksiyaları;
Çanaq ağrıları;
Yüksək hərarət;
Qırmızı və ya qəhvəyi sidik;
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ