Onlayn ictimai-siyasi qəzet
"Dinamo"nun müdafiəçisi Stefan Ristovski ölkə çempionatında "Şibenik" üzərində qazanılan qələbəni (3:0) şərh edərkən, Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"la Zaqrebdə keçirəcəkləri ilk oyuna da toxunub.
Xorvatiya nəhənginin aparıcı üzvü Ağdam klubu ilə oyuna da eyni ruh yüksəkliyi ilə çıxacaqlarını bildirib:
"Şibenik"ə qarşı əla oynadıq. Düzgün yanaşmamız var idi.
Ciddi müdafiə oyunu nümayiş etdirdik və aktiv olduq. Mən çox məmnunam.
İndi Çempionlar Liqasına start verəcəyik. İnanıram ki, "Qarabağ"la oyunda da eyni ruh yüksəkliyi ilə oynayacağıq".
Komandalar arasında ilk oyun avqustun 20-də "Maksimir" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. (sportinfo.az)
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ