Onlayn ictimai-siyasi qəzet
Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz piyada bölmələri ilə "Dərin qar və şiddətli soyuqlarda döyüş" mövzusunda təlim keçirilib.
Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimin ssenarisinə əsasən, bölmələr şərti düşmənin təxribat-diversiya qrupunun zərərsizləşdirilməsi üzrə tapşırıqları yerinə yetiriblər.
Kəşfiyyat məlumatları əsasında düşmən sığınacaqlarının koordinatları dəqiqləşdirildikdən sonra dəniz piyadaları dərin qarla örtülmüş meşəlik ərazidə təyin olunan istiqamətdə irəliləyiblər. Aşkar edilən "düşmən"in təxribat-diversiya qrupu yüksək peşəkarlıq nümayiş edirilməklə zərərsizləşdirilib.
Uğurlu döyüş əməliyyatlarında qazanılmış təcrübənin tətbiqi ilə əlverişsiz ərazi və sərt iqlim şəraitində şəxsi heyətin peşəkarlığının artırılması məqsədilə keçirilən təlimdə qarşıya qoyulmuş tapşırıqlar yüksək səviyyədə icra edilib.
01 Mart 2025
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ