İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatlarımız İsraildəki Azərbaycan səfirliyinin açılış mərasiminə qatılacaqlar


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov, qrupun üzvləri Arzu Nağıyev, Ağalar Vəliyev, Fatma Yıldırım, Elnur Allahverdiyev, Asim Mollazadə və Rasim Musabəyov martın 28-də İsrailin Tel-Əviv şəhərinə səfər edəcəklər.

Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir.

Səfər çərçivəsində Milli Məclisin deputatları İsrail Dövlətində Azərbaycan Respublikasının səfirliyinin açılması mərasimində iştirak edəcəklər. Səfər martın 30-da başa çatacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR