İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan ŞOK: “Azərbaycan xüsusi əməliyyat keçirə bilər”

“Soçidə keçirilən üçtərəfli görüş Ermənistan diplomatiyasının tam fiaskosu ilə başa çatdı. Ona görə ki, Paşinyan ümid etdiyi heç nəyə nail ola bilmədi, hətta humanitar blokda müzakirələr zamanı ən azı bir neçə hərbi cinayətkarı geri almağa belə”.

Bu sözləri Musavat.com-a millət vəkili Hikmət Babaoğlu deyib.

661fb34b-58eb-3d84-8b29-27ea39be5bcc_850.jpg (93 KB)

Deputatın sözlərinə görə, ermənilər hesab edirdilər ki, Soçi görüşü post-müharibə dövrü diplomatiyasında dönüş nöqtəsi ola bilər: “Necə ki, 12-14 sentyabr təxribatı zamanı döyüş meydanında dönüş yarada biləcəklərinə inanmışdılar. Ancaq Soçi fiaskosu 12-14 sentyabr fiaskosunun diplomatik variantı kimi yadda qaldı. Məsələ ondadır ki, ermənilər Soçi görüşü öncəsi 3 əsas təzyiq mexanizmi əldə etdiklərinə inanırdılar. Bunlardan biri Praqa görüşündən sonra Ermənistana Avropa İttifaqının sülhməramlı missiya göndərməsi, ikincisi, Ermənistanın KTMT-dən çıxması ilə bağlı açıq mövqenin ortaya qoyulması və məsələnin ictimai müzakirəsinin təşkili, üçüncüsü isə Xankəndidə “uğurlu mitinq” təşkil edə bilmələri idi. Paşinyan hesab edirdi ki, bütün bunlar Putinin mövqeyinə təsir etmək üçün kifayət qədər güclü şantaj vasitələridir. Putin Paşinyanın Qərbə daha çox meyl etməsinin qarşısını almaq, Ermənistanın KTMT-də qalması üçün cəlbedici şərtlər formalaşdırmaq məqsədilə Paşinyana müəyyən güzəştlər edilməsi üçün Azərbaycana təzyiq edəcək. Xankəndidə Rusiya və Ermənistanın birgə təşkil etdiyi mitinq isə bu mövqeyə ictimai dəstək kimi təqdim ediləcək. Belə olan halda bu dəfə Ermənistana zopa yox, kökə düşəcək. Ancaq bunların heç biri olmadı. Ona görə ki, Azərbaycan Prezidenti əvvəlcədən məsələni birdəfəlik və konkret qoydu. Qarabağ problemi tarixə qovuşub, o, iki il bundan əvvəl həll edilib. Əslində bu, Azərbaycanın ikinci nidası idi. Birinci nidadan sonra nələrin baş verdiyini ermənilər heç vaxt unutmayacaqlar. İkinci nidadan sonra isə yenə bənzər hadisələr bir qədər başqa formada ola bilər. Məsələn, Azərbaycan Qarabağımızda müstəqilliyimizi və suverenliyimizi şübhə altına alan şüarlar səsləndirən mitinq iştirakçılarını hüquqi məsuliyyətə cəlb etmək üçün xüsusi əməliyyat keçirə bilər. Başqa ölkə, yəni Ermənistan vətəndaşlarının kütləvi şəkildə sərhədlərimizi pozaraq Qarabağa gəlib konstitusion quruluşumuza qarşı aksiya təşkil etdiklərinə görə Laçın yolunda nəzarət-keçid məntəqəsi qurmaqla bu yoldan yalnız Qarabağda, yalnız Azərbaycan qanunları ilə yaşayan ermənilərin keçidinə icazə verə bilər. Nəticə etibarilə bu yol humanitar yoldur və Azərbaycan vətəndaşlarının kommunikasiyası üçün nəzərdə tutulub. Üçüncü ölkələrin vətəndaşları isə Azərbaycana yalnız viza alaraq gələ bilərlər. Beləliklə, ermənilər 2020-ci ilə qədər onlara təklif edilənləri indi arzuladıqları kimi, 2020-ci ildən sonra onlara verilənləri 2022-ci il 12-14 sentyabrdan sonra arzuladıqları kimi, indi təklif olunan sülhü də qısa müddətdən sonra əl-əl gəzməli olarlar”.

Hikmət Babaoğlu bildirib ki, ermənilər Soçi görüşü fiaskosundan yaxşıca dərs çıxarmalı, yeni reallığı qəbul etməlidirlər: “Əks təqdirdə, Azərbaycanın indi təklif etdiyi sülh şərtlərini qısa bir müddət sonra arzu etsələr də, tapa bilməzlər”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR