İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan “Siyasi partiyalar haqqında” qanun layihəsinə önəmli təkliflər

Azay Quliyev siyasi partiyalarda qadınların iştirakının təşviqini, maliyyələşmənin artırılmasını, ianələrin ictimailəşdirilməsini təklif edir

Bu gün Milli Məclisdə “Siyasi Partiyalar haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olundu. Musavat.com xəbər verir ki, müzakirələr zamanı deputat Azay Quliyev layihəni yüksək qiymətləndirib: “Qanun layihəsinin şəffaf şəkildə hazırlanması, layihənin siyasi partiyalar, vətəndaş cəmiyyəti institutları ilə ayrı-ayrlıqda ictimai müzakirəsinin təşkili, müzakirələrdə irəli sürülən rəy və təkliflərin böyük əksəriyyətinin nəzərə alınması onu göstəriri ki, Milli Məclis siyasi partiyaların yeni keyfiyyət mərhələsinə keçməsi, cənab Prezident tərəfindən irəli sürülmüş yeni siyasi konfiqurasiyanın və siyasi islahatların hüquqi bazasının ertibarlı şəkildə təmin olunması üçün maksimum səy göstərir. Belə bir siyasi iradəni alqışlayır və hesab edirəm ki, qanun layihəsi beynəlxalq standartların tələblərinə uyğun hazırlanıb”

Daha sonra Azay Quliyev layihə ilə əlaqədar bir sıra təkliflər irəli sürdü:

Qadınların siyasi həyatda iştirakının təşviqi ilə bağlı təkliflər

“Qanun layihəsində qadınların siyasi həyatda iştirakının təşviq edilməsi müddəalarının daxil edilməsi məqsədəmüvafiq olardı. Bilirsiniz ki, siyasi partiyalar və seçkilərlə bağlı qanunvericiliyin ixtisaslaşmış beynəlxalq qurumlar tərəfindən qiymətləndirilməsi zamanı bu amil, yəni, gender ekspertizası xüsusi yer tutur. Azərbaycanda qadın siyasətçilərinin fəaliyyətinə xüsusi şəraitin yaradılması, gələcəkdə Milli Məclisdə və bələdiyyələrdə qadınların daha çox təmsil olunması üçün bu məsələyə ayrıca diqqət yetirmək lazımdı.

Bu mənada təklif edirəm ki, qeydiyyat üçün tələb olunan partiya üzvlərinin, təsisçilərin və seçkilərdə partiya namizədlərinin 20 və ya 30 faizi qadınlardan ibarət olsun. Qadın namizədlərin irəli sürülməsini təşviq etmək üçün müəyyən stimullaşdırıcı və ya cərimə mexanizmləri də tətbiq etmək olar. Misal üçün, Milli Məclisə seçilmiş hər qadın millət vəkilinə görə partiyalara dövlət büdcəsindən verilən vəsaitin həcminin üzərinə əlavə faiz hesablana bilər və ya hər qadın namizədə verilən səslərə görə vəsait ikiqat ödənilə bilər.

Bu təcrübə dünyada çox yayılan təcrübələr sırasındadır. Gürcüstanda siyahının 20 fazi qadın olan partiyalara əlavə 10 faiz dövlət vəsaiti ayrılır, Xorvatiyada hər qadın millət vəkilinə görə 10 faiz əlavə vəsait alır. Əksinə, siyasi həyatda qadınların iştirakının təşviq etməyən partiyalara qarşı qanunvericilik səviyyəsində müəyyən tədbirlər də nəzərdə tutula bilər. Məsələn, seçkilərdə namizədlərin siyahısında qadınların sayının 30 faizdən aşağı olan partiyalara Albaniyada cərimə tətbiq olunur, İrlandiyada seçkilərdə namizədlərin 30 faizi qadın olmayan SP dövlətdən alacağı vəsaitin 50 faizini itirmiş olur, Portuqaliyada isə partiyalar buna görə dövlət subsidiyasının 80 faizini itirə bilərllər, əgər namizəd siyasının üçdə biri qadın olmasa.

Maliyyələşmə ilə bağlı təkliflər

Partiyaların şəffaf və ədalətli şəkildə maliyyətləşdirilmısi mexanizminin əks olunması qanun layihəsinin ən ciddi uğurlarından biridir. Bununla yanaşı maliyyələşmə bölümündə bəzi müddəaların təkmilləşdirilməsinə ehtiyac var.

Birinci, Qanun layihəsində dövlət maddi yardımı anlayışını dövlət subsidiyası və ya sadəcə dövlət büdcəsindən maliyyələşmə ifadəsi ilə əvəz etməyi təklif edirəm. Ümumiyyətlə, vətəndaş cəmiyyəti və siyasi institutlara dövlət tərəfindən “yardım” edilir anlayışını hüquqi və siyasi leksikondan çıxarmaq lazımdır. Partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi qrant şəklində həyata keçirilə bilər və bununla da partiyalar vergi güzəştləri əldə edə bilərlər.

İanələr haqqında təkliflər

Layihədə ianənin maksimum məbləği göstərilir, ancaq ödəniş forması qeyd olunmur. Şəffaflığı tam təmin etmək üçün ianələr nəğdsiz, yəni, bank vasitəsilə qəbul edilməlidir.

Layihədə barəsində təqdimat verməmiş ianə haqqında bank əməliyyatı aparıla bilməz müddəasına yenidən baxmaq olar. Belə çıxır ki, aidiyyatı dövlət qurumu hər əməliyyat üçün partiyalara bildiriş verməlidir.

Təklif edirəm ki, ianələr üzrə mütəmadi nəzarəti və yoxlamaları MSK və ya Hesablama Palatası onlayn rejimdə davamlı olaraq aparsın və yalınız qanunvericiliyin tələbləri pozulduğu halda müdaxilə etsin.

Hüquqi şəxslərin ianə verib və ya verə bilməməsi haqqında qanında müddəa yoxdur. Təklif edirəm hüquqi şəxslərin ianə vermək hüquqi qanunda təsbit edilsin və ianənin maksimum məbləği müəyyən edilsin.

Digər bir vacib məqam ianə toplanması prosesinin şəffaflığı ilə bağıdır. Bu barədə layihədə heç nə deyilmir. Təklif edirəm ki, ianə verənlər haqqında məlumatların ictimailəşdirilməsi və partiyaların internet səhifələrində yerləşdirilməsi tələbi qanun layihəsində əks olunsun. Bu, tələb bir çox ölkələrin təcrübəsində var.

Bir çox ölkələrdə dövlət büdcəsindən ayrılacaq vəsaitin maksimim məbləği qanunda göstərilir, bəlkə, bunu etmək bizim üçün hələ tezdir, ancaq minumum məbləğ göstərilə bilər. Hazırda partiyalara 5 milyon manat nəzərdə tutulur. Layihədə ayrıca yarımbəndlə yazmaq olar ki, dövlət büdcəsindən partiyalara ayrılan vəsaitin məbləği 10 milyon manatdan az olmamalıdır. Bu müddəa dövlət siyasətinin müsbət indikatoru kimi təqdir olunacaq.

Bəzi ölkələrin qanunvericliyində siyasi partiyalara ayrılan maliyyənin istifadə strukturu və meyarları da qeyd olunur ki, partiya instutlaşsın və inkişaf etsin. Bu gün bir çox partiyada instutlaşma ciddi problem olaraq qalır, hələ də, adi bir internet səhifəsi olmayan partiyalar var.

Siyasi Partiyalar və QHT-lərin fəaliyyətində sərhədlərin müəyyən edilməsi haqqında təkliflər

“Siyasi partiyalar QHT təsis edə bilməz” müddəası qanun layihəsinə əlavə edilsin. Çünki QHT qanunvericiliynə əsasən, istənilən fiziki və ya hüquqi şəxs ictimai birlik təsis edə bilər. Siyasi partiyalara bu hüququn verilməsi doğru deyil.

Bundan başqa, layihəyə elə bir müddəa da əlavə etmək lazımdır ki, siyasi partiya sədri, sədr müavinləri və icra orqanlarının üzvləri nə QHT təsis edə bilsinlər, nə də QHT-yə rəhbərlik edə və ya rəhbər oqranlarında təmsil oluna bilsinlər. Bu tələb həm də qanunun layihəsinin 23.2.3 yarımbəndində “siyasi partiyalar QHT, ictimai birlik və fondlardan maliyyə yardımı ala bilməz” anlayışını tamamlamış olar. Əgər belə bir məhdudiyyət qoyulmasa, o zaman siyasi partiya rəhbərləri QHT yaratmaqla və üzvlərini QHT-yə cəlb etməklə qanunsuz maliyyələşmə imkanları əldə edə bilərlər.

Təəssüf ki, bu, neqativ təcrübə Azərbaycanda geniş yayılıb və bəzi siyasi partiyalar QHT -lər vasitəsilə qanunsuz vəsait cəlb etməyə nail ola bilirlər.

Digər tərəfdən, təklif etdiyim müddəaların qanun layihəsində əks olunması siyasi hakimiyyət uğrunda mübarizə aparan partiyalarla cəmiyyətin mənafeyi üçün çalışan QHT-lər arasında ədalətli sərhəddin müəyyən edilməsində mühüm rol oynaya bilər”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR