İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan onkoloji xəstəliklərlə bağlı hökumətə MÜRACİƏT

Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov 2023-cü ilin büdcə zərfində səhiyyə sahəsinə 1 milyard 900 milyon manat məbləğində vəsait ayrılmasının nəzərdə tutulduğunu açıqlayıb.

Musavat.com xəbər verir ki, deputat vəsaitin böyük hissəsinin icbari tibbi sığortaya yönələcəyini bildirib:

“Bütün bunlar səhiyyə xidmətinin yüksəlməsini təmin edəcək. Tibbi avadanlıqların köhnəlməsi səbəbindən onların yenilənməsi ilə əlaqədar məsələ qaldırmışdıq, bu məsələ həllini tapmaqdadır, bununla əlaqədar baş nazir Əli Əsədova və hökumət üzvlərinə təşəkkürümü bildirirəm. Ancaq bir qrup xəstəliklər icbari tibbi səğorta ilə əhatə olunmur, xüsusilə də onkoloji xəstəliklər. Onkoloji xəstəliklərin icbari tibbi sığortaya daxil edilməməsi problemlər yaradır, xəstələrdə də haqlı narazılığa səbəb olur. Həmçinin autizm xəstələri...”

Deputat dərman vasitələri ilə bağlı məsələlərin həllinə də böyük ehtiyac olduğunu söyləyib:

“Məndə olan məlumata görə, hökumətdə dərman məhsulları ilə bağlı proqram hazırlanır. Bu proqram əsasında dərman vasitələri üzrə problemlər öz həllini tapacaq”.

Əhliman Əmiraslanov tibb sahəsində mütəxəssis olan deputatların da bu işə cəlb olunmasını faydalı sayır.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR