İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan Menendezin həbsinə reaksiya: Azərbaycanın suverenliyini qəbul etməyən hər kəs...

Xəbər verdiyimiz kimi, Nyu-Cersi ştatının keçmiş senatoru Bob Menendez 11 il müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Menendez xarici hökumətlərə yardım müqabilində qızıl külçələr, nağd pul və “Mercedes-Benz” kimi hədiyyələr almaq daxil olmaqla, 16 maddə üzrə təqsirli bilinib.

https://musavat.com/news/bob-menendez-11-il-muddetine-azadliqdan-mehrum-edildi_1140952.html

Milli Məclisin deputatı Aydın Mirzəzadə Musavat.com-a Bob Menendezin həbsi barədə şərh verərkən vurğulayıb ki, Azərbaycana qarşı qatı düşmənçilik edən insanların sonradan böyük qanun pozuntularına yol verdiyi üzə çıxır:

“Menendez Azərbaycana qarşı iddialarını çox böyük həvəslə müdafiə edirdi. Məlum oldu ki, o, heç də “sülh göyərçini” deyilmiş.

f4a67058-f2e4-38fb-a32c-8e885bca.jpg (58 KB)

O, iki ölkəyə  gizli məlumatlar ötürürmüş, ABŞ-nin maraqlarına zərbə vuran hərəkətlər edirmiş. Prinsip etibarilə Ermənistanı müdafiə edənlərin hər birinin belə bir xisləti var. Gec-tez Azərbaycanın suveren hüquqlarını müdafiə işinə qarşı düşmənçilik edənlərin özlərində qüsur olduğu görünür. Hesab edirəm ki, digərləri haqqında da belə məlumatlar eşidəcəyik. Azərbaycan heç nəyə baxmayaraq, öz suverenliyini müdafiə etməkdə davam edəcək. Biz öz müstəqilliyimizi, suveren hüquqlarımızı, ərazi bütövlüyümüzü, beynəlxalq birlikdə milli maraqlarımıza uyğun davranma hüququmuzu qoruyuruq. Menendezin həbsi çox xarakterik hadisədir”.

A.Mirzəzadə əlavə edib ki, nə Ermənistan, nə də xaricdəki erməni diasporu dairələrində heç zaman Menendezin adına istinad edilməyib: “Menendezin casusluq etdiyi məlum olduqdan sonra erməni millətçiləri onun adını çəkmirlər, sanki belə adam olmayıb, onların hüquqlarını müdafiə etməyib. Erməni millətçiləri isə hər zaman belə çirkin insanlardan istifadə etməyə çalışacaqlar. Azərbaycana daş atan, suverenliyimizi qəbul etməyən hər kəs sıradadır”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR