İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat yayılan xəbərlərə münasibət bildirdi - TAMAMİLƏ YALANDIR!

Deputat Fatma Yıldırım sosial şəbəkələrdə haqqında yayılan məlumata münasibət bildirib. 

Musavat.com xəbər verir ki, deputatın adından güya müsahibə verərək Hollivud aktrisası Ancelina Coliyə bənzədiyini deməsi kimi saxta xəbər paylaşılırdı.

Milli Məclisin üzvü məsələyə şəxsi facebook profilində aydınlıq gətirib. O, qeyd edib ki, şəxsi mövzuda heç bir jurnalistə müsahibə verməyib. 

"Əziz həmvətənlərim! Dünəndən sosial şəbəkələrdə mənim adımdan həqiqəti əks etdirmiyən, “feyk” xəbərlər paylaşılır. Diqqətinizə çatdırmaq istəyirəm ki, şəxsim mövzusunda heç bir jurnalistə müsahibə verməmişəm. Adımdan heç bir mənbəyə əsaslanmayan və sosial şəbəkələrdə paylaşılan böhtan xarekterli məlumatlar tamamilə yalandır!

Bu gün başlıca hədəfimiz Ermənistanın təxribatçı əməllərinin dünya ictimaiyyətinə çatdırılmasına nail olmaq, düşmənin törətdiyi təxribatların qarşısını alarkən canlarını qurban vermiş şəhidlərimizin ailələrinin və yaralılarımızın yanında olmaq, ən əsası isə dövlətçiliyimizin keşiyində dayanmaqdır", -  deputat Fatma Yıldırm qeyd edib. 

Xatırladaq ki, sosial şəbəkələrdə Bərdə rayonundan deputat seçilən Fatma Yıldırımın müsahibə verərək "Seçicilərim məni Ancelina Coliyə bənzədir, Bərdəyə gedəndə mənə Coli deyirlər", deməsi haqqında məlumatlar paylaşılırdı. 

 

Musavat.com

ffff.jpg (21 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR