İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat ofisdə qadını döydü - ANBAAN VİDEO

Türkiyəli deputat Yusuf Özcan İstanbulun Şişli rayonunda yerləşən ofisdə qadına qarşı şiddət göstərib. Hadisə anbaan lentə alınaraq sosial mediada geniş yayıldıqdan sonra ciddi etirazlara səbəb olub.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, hadisənin baş verdiyi ofisdəki təhlükəsizlik kameraları Özcanın qadına fiziki hücum etdiyini və digər bir qadının müdaxiləsi ilə hücumun dayandırıldığını göstərir. Təhlükəsizlik kameraları daha sonra Yusuf Özcanın qadınla mübahisə etdikdən sonra ona təhqiramiz sözlər söyləməsini də qeydə alıb.

Hadisənin yayıldığı andan etibarən sosial mediada geniş müzakirələr yaranıb və cəmiyyətin müxtəlif təbəqələri deputatın davranışını qınayıb. Ədalət və qadın hüquqları təşkilatları Özcanın etdiyi hərəkətləri ciddi şəkildə pisləyərək dərhal məsuliyyətə cəlb edilməsini tələb ediblər.

Musavat.com görüntüləri təqdim edir:

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Mart 2025

BÜTÜN XƏBƏRLƏR