İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat Musa Qasımlı su problemi ilə bağlı çağırış etdi

Deputat Musa Qasımlı Milli Məclisin iclasında çıxış edərək seçildiyi bölgənin problemlərindən danışdı.

Musavat.com xəbər verir ki, deputat bildirdi ki, vətəndaşların rifah halının yaxşılaşdırılmasından ötrü cənab Prezident vəsait ayırır, amma bəzən işlər yerlərdə uğurla icra edilmir, nəticədə vətəndaşlar narazı qalır və müraciətlər edirlər: “Vətəndaşlarımız xahişlərini Milli Məclis kürsüsündən səsləndirməyi xahiş edirlər. Yardımlının suya kəskin ehtiyacı olan bir neçə kəndinə əvvəllər Sineyir bulağından su çəkildi. Amma iyun ayından başlayaraq, oktyabr ayının əvvəllərinə qədər kəndlərə su çatmır və sakinlər də narazılıq edirlər, şikayət məktubları göndərirlər”.

Deputat problemin aradan qaldırılması üçün konkret təklifini səsləndirdi: “Rayonun Dağüzü və Qaraqaya kəndlərinin yaxınlığında sıldırım qayalıqlar arasında axan şirin sulu çayların birində bənd tikilsəydi, bəlkə bir az çox xərc gedirdi, amma su öz axarı ilə bütün kəndlərə gedib çıxardı və problemlər də yaranmazdı”. M.Qasımlı başqa problemin də su ilə bağlı olduğunu söylədi: “Cənab Prezidentin sərəncamı ilə suya kəskin ehtiyacı olan Mirimli kəndində sakinlərin rifahını yaxşılaşdırmaq üçün subartezian su quyusu qazıldı. Lakin indiyə qədər kənd sakinlərinin şikayətlərinin ardı-arası kəsilmir. Yaxşı olar ki, bu məsələlərlə bilavasitə məşğul olan müvafiq yerli qurumlar problemin mahiyyətini öyrənib həll etsinlər”.


E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR