İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: "Konqresdən və onun spikerindən bunu gözləməyin mənası yoxdur"

"ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi İrəvanda ölkəmizin əleyhinə çox qərəzli və qəbuledilməz bəyanat verib. Spiker Pelosi sentyabrda Ermənistanın hərbi təxribatına məruz qalan Azərbaycana qarşı qətnamə hazırlandığını, ermənilər istəsə, onlara kömək etməyə hazır olduqlarını bildirib və eyni zamanda ATƏT-in Minsk Qrupunu və “Qarabağ münaqişəsi”ni yenidən “diriltməyə” çağırıb. Xanım siyasətçi noyabr ayında ABŞ-da parlamentə keçirilən seçkilərdə ermənilərin daha çox xoşuna gəlmək üçün bir az da irəliyə gedərək başqa “dəhliz” sözünü qəbul etmədiyini, bir dəhliz var, o da Laçın dəhlizidir, deyərək Zəngəzur dəhlizinin əleyhinə olduğunu qeyd edib".

Musavat.com xəbər verir ki, bunu millət vəkili Azay Quliyev bildirib.

O, daha sonra qeyd edib: "Əlbəttə, 1992-ci ildə ölkəmizə qarşı hərbi təcavüz edən Ermənistanı deyil, təcavüzə və işğala məruz qalan Azərbaycanı cəzalandırmaq üçün "Azadlıq aktına 907-ci düzəliş"i qəbul edən ABŞ Konqresindən və onun spikerindən ədalət və beynəlxalq hüquqa hörmət gözləməyin mənası yoxdur. Lakin buna baxmayaraq, xanım Pelosinin bu cür təhrikçi və bölgədə sülhə və təhlükəsizliyə böyük zərbə olan, revanşistləri daha da qızışdıran, iki xalq arasında nifrət və düşmənçiliyi körükləyən bəyanatını qəti şəkildə pisləyirik. Erməni diasporunun əlində oyuncağa çevrilən və ABŞ-Azərbaycan arasında strateji müttəfiqlik və dostluq əlaqələrini ciddi şəkildə sarsıtmağa hesablanmış Pelosi və onun kimi siyasətçilərin bu kimi yersiz və zərərli bəyanatına Konqresin tərəfsiz və obyektiv üzvləri, xüsusilə, Dövlət Departamenti tərəfindən adekvat reaksiya verilməsini gözləyirik.

ABŞ-da və Fransada Pelosi kimi Azərbaycanı sevməyən və ölkəmiz əleyhinə istənilən haqsızlılğı etməyə hazır olan siyasətçilərin fəaliyyətini təhlil edən zaman bir daha anlayırsan ki, Azərbaycan Prezidenti, Azərbaycan xalqı və Azərbaycan ordusu 44 günlük İkinci Qarabağ savaşında Ermənistanı məğlub edərək torpaqlarını işğaldan azad etməklə nə qədər böyük tarixi zəfərə və başarıya imza atıb. Bu zəfərin və qələbənin qiymətini daha çox bilək, birliyimizi, gücümüzü və dövlətimizi daim qoruyaq!"

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR