Onlayn ictimai-siyasi qəzet
“Qladiator 2” (18+) filminin ulduzu Denzel Vaşinqton köhnə arzusunu həyata keçirib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, 70 yaşlı Hollivud aktyoru rəsmən keşiş olub.
Bildirilir ki, Vaşinqton vaftiz olunub və Nyu-York kilsəsində ruhani kimi lisenziya alıb. Xidmətdən sonra o, məbədin pilləkənlərində oturarkən diqqət çəkib. Yayımlanan görüntülərə görə, Denzel göz yaşlarını silib. Mərasim sənətçinin 70 illik yubileyinə bir həftə qalmış baş tutub.
Onun bu qərarını aktyorla 41 ildir evli olan həyat yoldaşı Pauletta Vaşinqton şərh edib.
Onun sözlərinə görə, övladlarına gözəl nümunə olan ailə başçısı ilə çox fəxr edir. Cütlük dörd varis böyüdüb. Conun indi 40, Katyanın 37, əkizləri Oliviya və Malkolmun 33 yaşı var. Vaşinqtona din xadimi kimi lisenziya verildikdən sonra o, nikah mərasimlərini və ruhanilərin səlahiyyətlərinə aid olan digər xidmətləri həyata keçirə biləcək.
Bu, ona gələcəkdə kilsənin rəsmi şəxsi olmağa imkan verir. RBC xəbər verir ki, amerikalı aktyor uzun müddətdir ki, öz inancı barədə açıq danışıb. Bu yaxınlarda “Esquire” jurnalına verdiyi müsahibədə Vaşinqton Hollivudda dinin müzakirəsinin çox nadir hal olduğunu, lakin bunun ona mane olmadığını söyləyib.
“Başqalarının nə düşündüyü məni maraqlandırmır. Mən inandığımı deyirəm. Bu modaya uyğun gəlmir, lakin bu, Hollivudda insanların buna inanmaması demək deyil. Sadəcə olaraq, biz bunu açıq şəkildə müzakirə etmirik”, - deyə aktyor bildirib.
Musavat.com
25 Dekabr 2024
24 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ