Onlayn ictimai-siyasi qəzet
ABŞ Demokrat Partiyasının bəzi nümayəndələri debatda uğursuzluğa düçar olduğu bir vaxtda hazırkı prezident Co Baydenin prezident seçkilərində başqa namizədlə əvəzlənməsi imkanını aktiv şəkildə müzakirə etməyə başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə “Politico” qəzeti ABŞ Demokratlar partiyasına yaxın üç mənbəyə istinadən məlumat yayıb.
Onların məlumatına görə, Baydenin partiya üzvləri Donald Trampla debatda uğursuzluğa düçar olduğu üçün narahat olublar və hazırda seçki yarışında hazırkı dövlət başçısını başqa namizədlə əvəzləmyi fəal müzakirə edirlər. .“Bayden getməlidir. Buna heç bir şübhə yoxdur”, - nəşr mənbədən sitat gətirir.
Onu da qeyd edək ki, rəy sorğularında Tramp Baydeni üstələyir, amma amerikalıların çoxunun fikrincə, hər iki namizədin yerinə daha bir cavan və enerjili siyasətçi prezidentliyə namizəd olsa və seçilsə daha faydalı olar.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ