İnsanlara hürriyət, millətlərə istiqlal!

"Dəmir Yumruq" fransız Paşinyanı da sarsıdıb: Bakı Qafqazdan qovduğu Fransaya zərbələri daha da sərtləşdirir

Rəsmi Parisin müasir dünyada müstəmləkəçilik siyasəti yürütməsi qətiyyən Fransanın daxili işi sayıla bilməz... Azərbaycan Fransanın bəşəri cinayətlərini ifşa etməklə, Makron hakimiyyətini beynəlxalq məkanda rəzil duruma salıb...

Cənubi Qafqaz uğrunda mübarizədə məğlub olan geopolitik oyunçular artıq tədricən dəqiqləşməyə başlayıb. Belə ki, ABŞ, Avropa Birliyi və Fransa bu regiona bağlı strateji hədəflərindən hazırda çox-çox uzaq qalmış kimi görünürlər. Hər halda, bu "məkrli üçlük" Cənubi Qafqaz ölkələri sırasında yalnız Ermənistan üzərində müvəqqəti nəzarət mexanizmləri formalaşdıra biliblər. Digər iki Cənubi Qafqaz dövləti - Azərbaycan və Gürcüstan isə "məkrli üçlüyün" bu regiona nüfuz etməsinə sərt şəkildə müqavimət göstərir. Və indiki şərtlər daxilində bu müqavimətin açılması üçün real dayaq faktorları mövcud deyil.

Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqaz uğrunda mübarizədə əsas məğlub ünvanın məhz Fransa olduğuna da elə bir ciddi şübhə yeri qalmayıb. Əslində, rəsmi Parisin strateji geopolitik seçimini nəzərə aldıqda, bu, o qədər də təəccüblü deyil. Çünki Fransa Cənubi Qafqaz üzrə siyasi kursunu məhz Ermənistan üzərində indeksləşdirməklə, strateji səhvə yol vermişdi.

5dc10b64f99e682b9e48220cc22e09e8.jpg (296 KB)

Hər halda, Cənubi Qafqazda bütün geopolitik əhəmiyyətini itirmiş Ermənistana dayaqlanmaqla, bu regiona yerləşə biləcəyinə yalnız lovğa fransız siyasi zehniyyəti ümud bəsləyə bilərdi. Fransanı hələ də dünya nəhəngi hesab edən bəsit fransız zehniyyəti bu səhvin doğurduğu ağır geopolitik məğlubiyyətlə barışmaq məcburiyyətində qalıb. Və rəsmi Parisin öz strateji səhvlərində israrlı olması isə Fransanın situasiyanı öz xeyrinə dəyişmək şansını ortadan qaldırır.

Məsələ ondadır ki, rəsmi Bakı Fransanın qatı ermənipərəst mövqeyinə bacardığı qədər səbrli yanaşmağa çalışdı. Ancaq Makron hakimiyyəti Azərbaycana qarşı açıq düşmənçilik mövqeyinə keçdikdə, rəsmi Bakının sərt reaksiyası özünü çox gözlətmədi. Belə ki, Prezident İlham Əliyev rəsmi Parisin qatı ermənipərəst mövqeyini əsas gətirərək, Fransanı Azərbaycan və Ermənistan arasındakı sülh prosesindən kənarlaşdırdı. Və bu, Fransanın Cənubi Qafqaz maraqlarına ən sarsıdıcı zərbə xarakteri daşıyan prinsipial strateji manevr  hesab oluna bilər.

Ən azından ona görə ki, Prezident İlham Əliyevin Fransanı Qafqaz sülh masasından kənarlaşdırmaslndan sonra rəsmi Parisin bu regionla bağlı bütün strateji hədəfləri boşa çıxaraq, öz əhəmiyyətini itirməyə başladı. Yəni, Azərbaycan lideri 44 günlük savaşda Ermənistanı darmadağın edən "Dəmir Yumruq" zərbəsi ilə Fransanı da yaxından tanış etmiş oldu. Və hazırda Ermənistanı "geopolitik müstəmləkə"yə çevirməyə nail olmuş Fransa əsl reallıqda həm də Cənubi Qafqazdan qovulmuş dövlət vəziyyətinə düşüb.

9745224f5f8fd41fe1e2f76ad7b56d0a.jpg (63 KB)

Təbii ki, Fransa həm rəsmi Bakıdan intiqam almaq, həm də Azərbaycana təzyiq göstərərək, mövqeyindən geri çəkilmək məcburiyyətində buraxmaq üçün növbəti məkrli planını işə saldı. Belə ki, rəsmi Paris Ermənistanı sürətlə silahlandırmaqla, Azərbaycan geopolitik güc nümayiş etdirməyə çalışdı. Ancaq gözlədiyi nəticənin əksinə olaraq, rəsmi Bakının daha sərt reaksiyası ilə qarşılaşdı. Yəni, rəsmi Bakı Fransanın müstəmləkə altında saxladığı xalqların azadlıq və müstəqillik mübarizəsini açıq şəkildə dəstəklədi. Və bununla da beynəlxalq hüquq normalarına görə qadağan edilmiş müstəmləkə siyasəti ilə məşğul olan Fransanın bəşəri cinayətlər dünya ictimaiyyətinə çatdırılmağa başlandı.

İndi rəsmi Paris Azərbaycanı Fransanın daxili işlərinə qarışmaqda suçlayır. Halbuki, prezident Emmanuel Makronun absurd və məntiqsiz zehniyyətinin məhsulundan başqa bir şey deyil. Çünki müasir dünyada müstəmləkəçilik siyasəti beynəlxalq hüquq normaları ilə qadağan olunub. Fransa isə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, hələ də müstəmləkəçilik siyasəti ilə məşğul olmaqla, bəşəri cinayətlər törədir. Ona görə də, rəsmi Parisin müstəmləkəçilik siyasəti heç bir halda, Fransanın daxili işi sayıla bilməz. Və bu baxımdan, Azərbaycanın mövqeyi beynəlxalq hüquq normalarına tamamilə uyğundur.

Əksinə, rəsmi Paris nəhayət ki, nəhəng dövlət xəyallarından ayılaraq, Fransanın müstəmləkə altında saxladığı xalqlara azadlıq və müstəqillik imkanları verməlidir. Əgər, bunu etməzsə, həmin xalqlar əvvəl-axır ayağa qalxaraq, Fransanın bəşəri cinayətlərinə qarşı daha sərt və qətiyyətli mübarizə metodları seçmək məcburiyyətində qala bilərlər. Və bu, Fransa üçün daha fəlakətli nəticələr törədə biləcək variantdır.

24564576764578.jpg (55 KB)

Digər tərəfdən, prezident Emmanuel Makron başqalarına "demokratiya dərsi" keçməzdən əvvəl Fransada mövcud olan vəziyyətə də diqqət yetirməlidir. Çünki indiki halda, onun Gürcüstan hakimiyyətini xalqın tələbini nəzərə alaraq, demokratik seçki keçirməyə çağırması olduqca absurd və riyakar xarakter daşıyır.

Hər halda, Fransa əhalisinin 60 faizdən çoxunun prezident Emmanuel Makronun hakimiyyətdən getməsini istədiyi heç kimə sirr deyil. Və bu baxımdan, prezident Emmanuel Makron Gürcüstan hakimiyyətinə çağırış etməkdən əvvəl Fransada xalqın tələb etdiyi azad, demokratik seçkiləri nəhayət ki, keçirmək barədə düşünsə, daha doğru olar.

Göründüyü kimi, Azərbaycana qarşı düşmənçilik edərək, siyasi savaş açmış prezident Emmanuel Makron öz bəsit düşüncə tərzi baxımından, əcdadlarının qohum olduğu ermənilərdən heç nə ilə fərqlənmir. Ona görə də, prezident Makron müəyyən mənada, Fransanın Paşinyanı kimi davranır. Və bu baxımdan, Azərbaycan həm fransız, həm də erməni paşinyanlara "Dəmir Yumruq" zərbəsi endirməkdə tamamilə haqlıdır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR