İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəmir yolunda təbii fəlakətin fəsadları aradan qaldırıldı

12 oktyabr tarixində bəzi bölgələrdə yağan leysan xarakterli yağışlar nəticəsində Pirsaat çayı öz məcrasından çıxıb və Hacıqabul rayonu ərazisindən sel keçib. Nəticədə Hacıqabul stansiyasının ərazisinə də ciddi zərər dəyib və dəmiryol xətlərinin torpaq qatı yuyulub.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Musavat.com-a verilən məlumata görə, həmçinin Hacıqabul dartı yarımstansiyasının həyətində sel suları ciddi fəsad törətdiyi üçün elektrikin verilməsində və rabitə-işarəvermə qurğularının fəaliyyətində fasilələr yaranıb.

Məlumata görə, bu səbəbdən Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən qatarların Sığırlı-Padar-Qarasu-Muğan-Hacıqabul sahəsində sürət həddi endirilib.

Qeyd olunur ki, hərəkətin təhlükəsizliyi və fasiləsizliyinin təmin edilməsi üçün əraziyə xüsusi texnika və işçi qüvvəsi səfərbər olunub. Suyun istiqaməti dəyişdirilərək dəmir yolları sel sularından mühafizə edilib. Dəmiryol xətlərində möhkəmləndirmə işləri aparılıb, kontakt şəbəkə dayaqlarının dibləri doldurularaq bərkidilib, rels şpal çərçivələrinin yuyulmuş hissələrinə çınqıl tökülərək möhkəmləndirilib.

“Hadisənin fəsadları aradan qaldırılıb, hazırda ölkədaxili marşrutlar üzrə qatarların sürəti tam bərpa edilib”, - məlumatda qeyd olunur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR