İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəlləyinə hər dəfə 21 min dollar xərcləyən sultan oğluna toy etdi

Bruney şahzadəsi mərasim keçirilən məkana gəlinlə birgə atasının sevimli avtomobili olan qızıl “Rolls-Royce” da gəliblər...

Dünyanın ən zəngin ölkələrindən birinin taxt-tacının varisi, Bruney şahzadəsi Əl-Muhtadi Bill Bolkiah və onun seçdiyi Sarah Sallehin dəbdəbəli toy mərasimi keçirilib. Brüney şahzadəsi isveçrəli tibb bacısının qızı ilə dünya həyatına girib.

Sarah Sallehin tam fərqli həyat planlarının olmasına baxmayaraq, bu təklifdən imtina etməyib. Cütlüyün toyunda bir neçə ölkənin liderləri iştirak edib. Brüney şahzadəsi mərasim keçirilən məkana gəlinlə birgə  atası sultan Hassanal Bolkiahın sevimli avtomobili olan qızıl “Rolls-Royce” da gəliblər. Sultanın sevimli “Rolls-Royce” orta əsr faytonu kimi qızıl detallarla bəzədilib. Beş milyon dollara başa gələn dəbdəbəli toy mərasimi haqda hələ çox yazılacaq. 

Bruney dünyanın ən zəngin ölkələrindən biridir. Bunun üçün onun sakinləri kiçik sultanlığı səxavətlə neft və digər faydalı qazıntılarla bəxş edən  torpağa təşəkkür edirlər. O səbəbdən Bruney sultanın  heyrətamiz sərvətə sahib olması və bunu hər fürsətdə nümayiş etdirməsini heç kim təəccüblə qarşılamır. Bruney sultanı Hassanal Bolkiahın sərvəti 27,7 milyard dollar olaraq qiymətləndirilir. O, 53 ildir ki, taxtdadır. Sultan öz ailəsi ilə birlikdə  ərazisi Vatikan ərazisindən böyük olan sarayda yaşayır. 1984-cü ildə tikilmiş, zərli günbəzləri və damları olan ən sevimli sarayı olan Nurul İman (İman və Nur Sarayı) o dövrün qiymətləri ilə xəzinəyə 400 milyon dollara başa gəlib.

Dünya ulduzları məmnuniyyətlə sultanın bayram  sifarişlərini qəbul edir. Qanunlara tabe olan bruneylilər monarxı və onun ailəsini tənqid etməyə cəsarət etmirlər.  Sultanın əhatəsində olanlar deyir ki, o, sevimli bərbərinə şəxsi təyyarəsi ilə gedir.  Bərbərin hansı ölkədə yaşadığı bilinmir.  Məlumdur ki, tək saç düzümü monarxa 21 min dollara başa gəlir. Onun badminton məşqçisi ildə 1,42 milyon dollar qazanır.

Sultan  50 illik yubileyinin keçirilməsi üçün   paytaxtda lunapark və stadion tikdirib və orada hökmdarın dəvəti ilə müğənni Maykl Ceksonun çıxış edib. Bunun üçün ona 17 milyon dollar ödənilib. Üç min qonağın iştirak etdiyi bayram ziyafətində ləzzətli yeməklər təqdim olunub, ləzzətlərdən biri də beluqa kürüsü idi. Bayramın sonunda hər kəsə yadigar olaraq  qızıl medal təqdim olunub.

Yeni evlənən şahzadənin əmisi Cefri isə qumarbaz və qadın düşgünüdür. O, dövlət xəzinəsindən gündə yarım milyon dollardan çox pul xərclədiyi məlum olduqdan sonra şahzadə statusdan məhrum edilib.

Bununla belə, sultan özü də qadınları çox sevir, bəlkə də bu səbəbdən  sultanlıqda çoxarvadlılığa icazə verilir. Bruney lideri toyları da çox sevir. Özü də üç dəfə evlənib və hər mərasimə milyonlarla dollar xərcləyib. Monarx övladlarının toylarını da  möhtəşəm şəkildə qeyd edir, bəzən  mərasim bütün həftə davam edir.  Ümumilikdə, monarxın 12 övladı var, onlardan beşi artıq evlidir. Hassanal Bolkiahın böyük arvadı Raca İstiri Pengiran Anak Saleha ərinə taxtının varisi də daxil olmaqla altı uşaq dünyaya gətirib. Sultanın isə cəmi 12 uşağı var .

Orxan  ƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR