Onlayn ictimai-siyasi qəzet
Son dövrlərdə süni intellektin inkişafı ilə yanaşı, ondan sui-istifadə halları da artıb. Xüsusilə səs klonlama texnologiyası sosial şəbəkələrdə və müxtəlif platformalarda təhlükə mənbəyinə çevrilib.
Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, dələduzlar bu texnologiya vasitəsilə insanların səsini təqlid edərək onları aldatmağa çalışırlar. Bunun üçün süni intellekt əvvəlcə real səs nümunələrini öyrənir, daha sonra isə istənilən mətnə uyğun şəkildə həmin səsi yenidən yaradır.
Mütəxəssislər hesab edirlər ki, yaxın gələcəkdə bu cür fırıldaqçılıq hallarına qarşı daha güclü müdafiə sistemləri tətbiq edilməlidir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi də vətəndaşlara xəbərdarlıq edib.
Qeyd edilib ki, bu kimi kiberdələduzluq halları ilə qarşılaşan vətəndaşlar nazirliyin 102 xidmətinə və yaxud rəsmi sosial şəbəkə hesablarına müraciət etməlidirlər.
Daha ətraflı videomaterialı təqdim edirik:
10 Fevral 2025
09 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ