Onlayn ictimai-siyasi qəzet
Fırıldaqçılar Başqırdıstan prezidentinin 77 yaşlı keçmiş müşaviri Viktor Pçelintsevi 5 milyon rubl həcmində aldadıblar.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, dələduzlar oktyabrın 28-də Pçelintsevə zəng etməyə başlayıblar. Əvvəlcə bir fırıldaqçı zəng edərək özünü ona Dövlət Qulluğu Akademiyasının rektoru Daniyar Abdaxmanov kimi təqdim edib. O, Pçelintsevin hesabından Rusiyada qadağan olunmuş terror təşkilatının – “Könüllülər korpusu”nun rəhbəri Denis Kapustinin hesabına 700 min rubl köçürüldüyünü bildirib.
Sonra başqa iki dələduz ona Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) və Mərkəzi Bankın adından zəng ediblər. Onlarla söhbətində keçmiş müşavir əmanətlərinin olduğunu etiraf edib. Bundan sonra fırıldaqçılar onu bütün pulları guya təhlükəsiz hesablara köçürməyə inandırıblar. Pçelintsev sonradan pulu nağdlaşdırıb. Qeyd olunur ki, bank əməkdaşları həmin şəxsin bankda pulu nə məqsədlə çıxardığını soruşublar. O, bankirlə pulu ailə ehtiyacları üçün çıxardıını deyib. Daha sonra fırıldaqçılar ona yeni telefon almağı, tətbiq quraşdırmağı və bütün pulları bir neçə tranşla köçürməsini deyiblər. Pçelintsev deyilənlərin hamısını icra edib.
Beləliklə, respublika prezidentinin keçmiş müşavirinə dəyən ümumi zərər 5,1 milyon rubl təşkil edir.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ