Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Vaşinqton yaxınlığında "American Airlines"a məxsus sərnişin təyyarəsi ABŞ ordusuna aid bir helikopterlə havada toqquşaraq Potomak çayına düşüb.
Musavat.com-un xəbərinə görə, Kolumbiya dairəsinin yanğından mühafizə xidmətinin rəhbəri Con Donnelli bildirib ki, qəza nəticəsində sağ qalan olmayıb.
"Hal-hazırda biz bu faciədə sağ qalanların olduğuna inanmırıq. Biz təyyarədən 27 nəfəri, helikopterdən isə bir nəfəri çıxarmışıq", - deyə o bildirib.
Xidmət rəhbərinin sözlərinə görə, Potomak çayında əməliyyat tədbirləri davam edir.
Məlumata görə, toqquşan helikopter və təyyarə qəzaya uğrayarkən standart uçuş sxemlərinə əməl edib.
Musavat.com
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ