Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Alyaska ştatında “Bering Air” aviaşirkətinə məxsus “Cessna 208 Caravan” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə olan 9 sərnişin və 1 pilot həyatını itirib.
Musavat.com xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə fevralın 7-də Unalaklit və Nom şəhərləri arasında uçuş həyata keçirən zaman baş verib. Təyyarə enişə az qalmış Alyaska körfəzi üzərində olarkən radarlardan itib. Ertəsi gün xilasedicilər təyyarənin qalıqlarını tapıblar.
Rəsmi qurumlar qəzanın səbəblərini araşdırır. Mütəxəssislər hava şəraitinin qəza ilə əlaqəli olub-olmadığını öyrənmək üçün təhlillər aparır.
Qeyd edək ki, bu, son iki həftə ərzində ABŞ ərazisində ölüm halları ilə nəticələnən üçüncü aviasiya qəzasıdır.
İqbal,
Musavat.com
08 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ