İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhşətli terrorun QARŞISI ALINDI - 100 kiloqramlıq bombalı hücum planının ŞOK DETALLARI

İsrail xüsusi xidmət orqanları İordan çayının Qərb sahilində 100 kiloqramlıq bomba ilə həyata keçirilməsi planlaşdırılan terror aktının qarşısını alıb.

Musavat.com xəbər verir ki, bu barədə "Ynet" xəbər portalı İsrailin Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) mənbələrinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, ötən ay ŞABAK və təhlükəsizlik qüvvələri Cenin yaxınlığında yerləşən Kabatiya qəsəbəsində terrorçu qrupu zərərsizləşdirib və böyük terror aktları planlaşdıran üzvlərini həbs edib.

Portalın yazdığına görə, silahlılar İsrail Müdafiə Qüvvələrinə (İDF) qarşı istifadə etmək məqsədilə güclü 100 kiloqramlıq partlayıcı qurğu əldə ediblər.

Bundan əvvəl İsrail ordusu yanvar ayının sonunda başladığı antiterror əməliyyatlarını İordan çayının Qərb sahilinin şimalında genişləndirdiyini açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR