Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bərdə-Tərtər yolunda Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ Regional Bölməsinin əməkdaşları ağır qəzaya düşüblər. Qəza nəticəsində “VAZ 2106” və “Opel” markalı minik avtomobilləri toqquşub. Nəticədə “VAZ 2106”da olan sərnişin, 24 yaşlı Ağdam sakini Kənan Novruzov hadisə yerində həyatını itirib. Daha 2 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Musavat.com xəbər verir ki, Manset.az ağır qəzada dünyasını dəyişən AQTA-nın əməkdaşı Kənan Novruzovun fotosunu əldə edib.
Həmin fotonu təqdim edirik:
ŞƏRHLƏRŞƏRH YAZ