İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhşətli qəza olub - ÖLƏN və yaralanan var

Salyanda ölüm və xəsarətlə nəticələnə yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, hadisə Salyan-Şirvan avtomobil yolunun Xələc kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili yolun kənarındakı hasara çırpılıb. Qəza nəticəsində Xələc kənd sakini, 1996-cı il təvəllüdlü Məlikov Seymur Rafiq oğlu hadisə yerində ölüb.

Hadisə zamanı həmçinin Xələc kənd sakini, 1997-ci il təvəllüdlü Rəhimov Şəhriyar Rafiq oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR