Onlayn ictimai-siyasi qəzet
İstanbulda baş verən dəhşətli qəzada 3 nəfər həyatını itirib, 2 nəfər yaralanıb.
Musavat.com xəbər verir ki, hadisədən sonra bölgəyə çoxlu sağlamlıq və jandarma qrupları göndərilib.
Qəzada sürücü Seyit Əli Tarhan, həyat yoldaşı 56 yaşlı Meryem Tarhan və qardaşı 63 yaşlı Adem Tarhan hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər iki nəfər - Dinemi G. və Aysel G. yaralı halda Aksaray Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Qəzada həyatını itirən Seyit Əli Tarhan və qardaşı Adem Tarhanın cənazələri rayonun Filikçi kəndində torpağa tapşırılıb. Qəzada həyat yoldaşı Meryem Tarhan ilə birlikdə ölən sürücü Seyit Ali Tarhanın 2017-ci ildə eyni yerdə baş verən qəzada birinci həyat yoldaşı Dudu Tarhanı itirdiyi də öyrənilib.
Meryem Tarhanın cənazəsi məmləkəti Şanlıurfaya göndərilib.
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ