İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - Terrorçular mühafizəçi və polisləri EDAM ETDİ

Xəbər verdiyimiz kimi, əsl adı Xose Adolfo Masias Vilyamar olan “Fito” ləqəbli məşhur narkobaron Ekvadorun cənubundakı Quayakil liman şəhərindəki həbsxanadan qaçıb. Ölkə Prezidenti Daniel Noboa Ekvadorda fövqəladə vəziyyət elan edib. 

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, fövqəladə vəziyyət elan edilməsi və dəstələrə qarşı əməliyyatın başlaması küçələrdə xaosa səbəb olub. 

Məlumata görə, küçələrə çıxan iğtişaşçılar həbsxana, polis məntəqələrinə basqın edərək polis və mühafizəçiləri edam ediblər.

Dəhşətli edam görüntüləri sosial mediada sürətlə yayılmağa başlayıb.

Belə ki, videolardan birində həbsxanaya basqın edən silahlı qruplar girov götürdükləri mühafizəçiləri kəndirlə asaraq öldürüblər.

@@TVmusavat/76581@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR