İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhşətli cinayət: "Bura münasibət üçün yaxşı yer deyil" dediyinə görə... – ŞOK

Ağstafa rayonunda 1981-ci il təvəllüdlü Samir 1973-cü il təvəllüdlü tanışı Mayanı (adlar şərti verilib – red.) öldürüb.

Samir 2005-ci ilin aprel-may aylarında Ağstafa şəhərində tanış olduğu Maya ilə intim münasibətdə olmaq məqsədi ilə ətrafda yaşayış olmayan yerə, Ağstafa çayının Poylu kəndi ərazisindən keçən hissəsinə - çay sahilinə aparmaq məqsədilə ona zəng edib.

Daha sonra Maya ilə Ağstafa dəmiryolu stansiyasının yaxınlığındakı dayanacaqda görüşüb və avtobusla Poylu kəndinin ərazisinə, “Telestudio” deyilən yerin yaxınlığına gəliblər.

Avtobusdan enib, Ağstafa-Poylu avtomobil yolunun kənarından çayın sahilinə uzanan dərə ilə 2-3 km piyada gediblər. Çayın sahilinə təxminən 40 metr qalmış Maya intim münasibət üçün təklif edilən məbləğin az olduğunu, əlavə pul verdiyi halda cinsi əlaqədə ola biləcəyini bildiib.

Qadın niyə qətlə yetirildi?

Samir Mayanın tələbini özünə qarşı hörmətsizlik kimi qəbul edib, cinsi əlaqənin baş tutmadığı halda bu qədər yolu boşuna gəlməsindən hiddətlənib. O, tələblərinə cavab verməyən şəxsi istənilən yerdə cəzalandırmaq, pulun az olması səbəbi ilə oradan uzaqlaşmaq və geri qayıtmaq niyyətində olan Mayaya gücünü nümayiş etdirmək məqsədilə bıçağı cibindən çıxardıb. Ətrafda kimsənin olmamasından istifadə edərək ayaq üstdə və üzbəüz vəziyyətdə Mayanın bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq onu qətlə yetirib.

Daha sonra çayın sahilinə gedib, bıçağı çay dərəsinə atıb, qana bulaşmış əllərini çayda yuyub. Sonra yaşadığı kəndə qayıdıb. Meyitin açıq sahədə qalmasından, qısa müddət ərzində kənar şəxslər tərəfindən tapılmaqla törətdiyi cinayət əməlinin ifşa olunacağından ehtiyatlanıb və həmin tarixdə Poylu kəndində həmkəndlisi Elvinlə görüşərək cinayət hadisəsi barədə ona danışıb, meyitin gizlədilməsində ondan köməklik istəyib.

İki nəfərin amansız qətli

Elvin onun xahişi ilə birlikdə hadisənin baş verdiyi yerə gəliblər, dərənin yanında quyu qazaraq qadının meyitini orada basdırıblar.

Xatırladaq ki, Samir 2006-cı ilin avqustunda yaxın dostu, həmin vaxt orta məktəbin 11-ci sinfində oxuyan Elvinlə birgə iki nəfəri – Fəzail və Validəni xüsusi amansızlıqla öldürərək onların meyitini yandırıblar.

Məhkəmənin hökmü ilə Elvin 10 il, eyni maddələrlə ittiham olunan Samir isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər. Samir cəzasını başa vurduqdan sonra - 2021-ci ilin avqustunda azadlığa çıxıb.

2023-cü ilin əvvəlində isə onun 2005-ci ildə Mayanı da qətlə yetirdiyi müəyyənləşib. Həbs edilən Samir illər öncə qadını öldürüb basdırdığı yeri göstərib, meyitin qalıqları tapılaraq ailəsinə təhvil verilib.

“Fahişəliklə məşğul olduğunu düşündüm”

İstintaq orqanı tərəfindən Samirin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Samirelan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Ağstafa rayonunun Poylu kəndində yaşayıb və əkinçiliklə məşğul olub:

“Tarixini dəqiq xatırlamıram, lakin 2005-ci ilin aprel-may aylarında həmkəndlim Sevilin vasitəsi ilə Maya adlı xanımla tanış oldum. Sevilin fahişəliklə məşğul olduğunu bildiyim üçün Mayanın da həmin tipli xanım olduğunu yəqin etdim. Sevildən Mayanın mobil telefon nömrəsini aldım, onunla əlaqə saxlayaraq tanış oldum, bir müddət telefonla danışdım”.

“Dedi, bura intim münasibət üçün yaxşı yer deyil”

Təqsirləndirilən şəxs qeyd edib ki, 2005-ci ildə, gündüz saatlarında Ağstafanın Qırlı kəndində yaşamış bacısı Gülnargilin evindən öz kəndlərinə qayıdan zaman Mayaya zəng edib: “Mayaya görüşüb intim münasibətdə olmaq istədiyimi bildirdim. O da intim münasibətin qarşılığında “3 şirvan” (indiki pulla təxminən 6 manat – red.) məbləğdə pul istədi. Sərxoş olduğum üçün və könlümdən qadınla intim münasibətdə olmaq keçdiyinə görə Mayanın təklifini tərəddüdsüz qəbul etdim.

Təxminən 1-2 saat sonra Ağstafa dəmiryolu stansiyasının yaxınlığında “Poylu” avtobus dayanacağında görüşdük. Birlikdə Ağstafa-Poylu marşrutu üzrə avtobusa mindik. Yolun Poylu kəndi ərazisindən keçən hissəsində, “Telestudio” deyilən yerdən təxminən 300 metr aralıda avtobusdan düşdük.

Mənim təklifimlə və göstərdiyim marşrut üzrə Poylu kəndi istiqamətdə dərə ilə hərəkət etdik. Məqsədim Mayanı Ağstafa çayının sahilinə aparmaq, heç kimin olmadığı yerdə və heç kimin görə bilməyəcəyi şəraitdə onunla intim münasibətdə olmaq idi.

Ağstafa çayının sahilinə təxminən 40 metr qalmış Maya getdiyimiz yerin intim münasibətə uyğun gəlmədiyini, qiymətin də az olduğunu bildirdi. Narazılıq edərək geri qayıtmaq istədi. Mayaya uzun yol gəldiyimizi, xeyli vaxt sərf etdiyimizi dedim, intim əlaqədə olmağı təkid etdim. O, qışqıraraq səs-küy saldı və polisə şikayət edəcəyini bildirdi”.

“Quyu qazıb basdırdıq”

Samirin sözlərinə görə, 2002-ci ildə Tovuz bazarında süpürgə satarkən aldığı və daim üzərində gəzdirdiyi bıçaqla Mayanın sinə, mədə nahiyəsindən 2 dəfə vurub: “Maya əvvəlcə dizi üstə yerə yıxıldı. Sonra sağ çiyni üstə uzandı. Mən də çayın sahilinə gedərək bıçağı çayın dərinliyinə doğru atdım.

Çayda əl-üzümü yudum. Sonra Mayanın yanına qayıdaraq öldüyünə əmin oldum. Xəndək qazmaq və meyiti həmin xəndəkdə basdırmaq qərarına gəldim. Gəldiyim yolla piyada geri qayıtdım. Törətdiyim cinayət barədə tanışım Elvinə danışdım, ondan bel gətirməsini, meyitin basdırılmasında mənə köməklik etməsini xahiş etdim.

Elvin evlərinə gedərək 2 bel götürdü, yanıma qayıtdı. Birlikdə meyitin olduğu “Qolpuna” getdik. 3-4 metr aralıda quyu qazdıq, meyiti ora atdıq. Çantanı da meyitin olduğu quyuya tullayıb üzərini torpaqla basdırdıq”.

“Yaşadığı görüntüsünü yaratmışam”

Təqsirləndirilən şəxs qeyd edib ki, Mayadan xoşu gəldiyi üçün tez-tez ona zəng edib: “Axırıncı dəfə hadisə baş verən günü intim münasibət məqsədi ilə onunla telefonla danışmışam. Mayanı öldürdükdən sonra cinayəti gizlətmək, onun ölmədiyi və hələ də yaşadığı görüntüsü yaratmaq məqsədi ilə üzərindəki telefonu və mobil nömrəni götürmüşəm.

2006-cı ilin aprel ayına kimi həmin telefon cihazını və mobil telefon nömrəsini özümdə saxlamışam. Mobil nömrəni müxtəlif telefon cihazlarında aktiv edirdim.

Həmin nömrəni aktiv edən kimi, müxtəlif zənglər gəlirdi. Xatırladığım qədər tanımadığım bir nəfər xanım da zəng edərək Mayanı soraqladı. Ona nömrəni mənim işlətdiyimi, bir də zəng etməməsini dedim. Xatırladığım qədər 2006-cı ilin aprelində həmin mobil telefon cihazını və nömrəni qıraraq atdım”.

Təqsirləndirilən şəxs bildirib ki, Elvinlə birlikdə törətdiyi başqa cinayətə görə 2006-2021-ci illərdə məhkum olunub. Elvin 2017-ci ildə intihar edərək özünü öldürüb.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Samir Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinib və 15 il müddətinə azadlıqdan məhrum edilib.

Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməsinin 2007-ci il tarixli hökmü ilə Samirin barəsində Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 177.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq) və 185.2.1-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddələri ilə təyin edilmiş və çəkilmiş 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin edilmiş qəti cəza müddətinə hesablandığından cəzası çəkilmiş hesab olunub.

Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. O, məhkəmə iclas zalında həbsdən azad edilib./Teleqraf.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR