Onlayn ictimai-siyasi qəzet
ABŞ-da uşaqlara qarşı cinsi zorakılıq və fahişəlik şəbəkəsi yaratmaq ittihamı ilə mühakimə olunarkən həbsxanada ölən Cefri Epşteynə məxsus 221 mühüm şəxsin adının yer aldığı "kiçik qara kitab" hərracda satılacaq.
Bu barədə ABŞ-da yerləşən "Alexander Historical Auctions" hərrac evi açıqlama verib.
Açıqlamada alıcının şəxsiyyətinin və təklifin məxfi saxlanılacağı bildirilib:
"Kitabda Epşteynin əlaqə saxladığı insanların adları, ünvanları və telefon nömrələri, həmçinin ailə üzvləri, katiblər və ailə üzvləri üçün təcili əlaqə məlumatları var. Kitabda əvvəllər ictimaiyyətə açıqlanan adlarla yanaşı, açıqlanmayan 221 yüksək səviyyəli şəxsin də adı yer alıb". (Publika.az)
24 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ